
16 iyul tarixində Masallı Gənclər Evində şəhidlərin əziz xatirəsinə həsr olunan Mini Futbol Turnirinin rəsmi püşkatma mərasimi keçirilib.
Turnir AFFA, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Masallı Gənclər Evi və Viləş Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə keçirilir.
Turnirin baş sponsoru Masallı Ozon Klinikası, sponsorları isə Masallı Bələdiyyəsi, Prospekt Biznes və Ticarət Mərkəzi, Masallı Electronics, Masallı İstisu Sanatoriyası, Masallı Xaricdə Təhsil Mərkəzi, Patron Günəbaxan Tumları, Masallı Hotel Restoran, MasMebel, Şərəfə Görüş Restoranı, Masallı Peşə Məktəbi, MDT Dental və Djevo İdman Geyimləridir. Turnirin media dəstəkçisi Cenubmedia. az internet qəzetidir.
Püşkatma mərasimində Masallı Gənclər Evinin direktoru Fuad Mənsimov, Viləş PFK-nın baş məşqçisi Bəxtiyar Mehrəliyev, Cenubmedia. az internet qəzetinin baş redaktoru, turnirin baş sponsoru olan Masallı Ozon Klinikasının direktoru Rafiq Məmmədov, veteran futbolçu Mirmövsüm Tağıyev, eləcə də turnirdə iştirak edəcək komandaların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra turnirin layihə rəhbəri, Viləş PFK-nın prezidenti Mirələm Həşimov yarışın məqsədi, formatı və keçirilmə qaydaları barədə ətraflı məlumat verib. Çıxışdan sonra komandaların iştirakı ilə püşkatma mərasimi keçirilib və ilk mərhələnin oyun cütlükləri müəyyənləşdirilib.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Turnirin bütün qarşılaşmaları Masallı Viləş Mini Stadionunda keçiriləcək.
Oyun təqvimi
22 iyul
19:00 – Ərkivan – Gənclər
20:00 – Bədirli – Binə Xocavar
23 iyul
19:00 – Samba – Elit
20:00 – Masallı – Embawood
24 iyul – Yarımfinal
19:00 – XXX – XXX
20:00 – XXX – XXX
Qeyd: Yarımfinal qarşılaşmaları ilk mərhələnin nəticələrindən sonra püşkatma yolu ilə müəyyən ediləcək.
Final
26 iyul
19:00 – Final oyunu

















