
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlillərinin daim diqqətdə saxlanılması, onların qayğı və problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
12 avqust 2026-cı il tarixdə Tüklə ərazisinin Məmmədoba kəndində keçirilən vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhidlərin məzarlarını ziyarət edib.
Ziyarətdə rayon rəhbəri ilə yanaşı, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələrinin üzvləri, din xadimləri, media nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Şəhidlərin məzarları ziyarət olunub, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.
Ziyarət zamanı şəhid ailələri ilə görüşülərək onların qayğıları və müraciətləri dinlənilib. Rayon rəhbərliyi tərəfindən şəhid ailələrinin sosial məsələlərinin diqqətdə saxlanıldığı və onların problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görüldüyü bildirilib.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.





