
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən aparatın inzibati binasında vətəndaş qəbulu keçirilib.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər torpaq məsələləri, su təminatı, işlə təmin olunma, məşğulluq, əmlak məsələləri və sosial müdafiə sahələrini əhatə edib.
Qarğılıq kəndindən torpaq məsələləri ilə bağlı;
Təklə kəndindən su təminatı və torpaq məsələləri ilə bağlı;
Ərkivan qəsəbəsindən şəxsi məsələ ilə bağlı;
Masallı şəhərindən məşğulluq məsələsi;
Öncəqala kəndindən əmlak məsələləri ilə bağlı;
Həsənli kəndindən sosial müdafiə ilə bağlı müraciət.
və digər məsələlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən məsələlərin bir qismi İcra başçısı tərəfindən yerindəcə həll olunub digərlərinin isə araşdırılması, qanunvericiliyin tələblərinə uyğun həlli və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.



