• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Masallıda 26 aprel – 31 may tarixlərində görülən işlər

Cəmiyyət

2-06-2026, 11:31

Masallı şəhər ərazisində nümayəndəlik tərəfindən Seybətin və Dadva küçələrinin müxtəlif istiqamətlərini əhatə edən 12 ayrı sahə məişət tullantılarından təmizlənib, yol kənarları səliqəyə salınıb, yaşıllıq sahələrinə qulluq göstərilib və ümumi sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Ərkivan qəsəbə ərazisində bələdiyyə tərəfindən Bağlaküçə məhəlləsində məhəllədaxili yolun genişləndirilməsi ilə əlaqədar olaraq 70 metr ərazidə daş hasar sökülərək 3 metr geri çəkilmiş və daş hasar yenidən bərpa olunmuşdur.
Ərkivan qəsəbə ərazisində bələdiyyə tərəfindən məhəllədaxili yolda 120 metr suaparıcı kanal təmizlənmişdir.
Ərkivan qəsəbə ərazisində 2004-cü il təvəllüdlü Nuriyev Səid İntiqam oğlunun səhhətində yaranmış problemlərlə əlaqədar ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə yardım aksiyasına başlanılmış və ümumilikdə ailəyə 2300 manat maddi yardım olunmuşdur.
Ərkivan qəsəbə ərazisində nümayəndəlik və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən yanmış fərdi yaşayış evinin təmiri işlərinə başlanılmışdır. Evin dam örtüyü yenilənmiş və hazırda evin daxilində təmir işləri aparılır. Ümumilikdə 7600 manat vəsait xərclənmişdir. Ərkivan bələdiyyəsi tərəfindən evin təmir olunması üçün 800 manat maddi yardım olunmuşdur.
Ərkivan qəsəbə ərazisinin Bağlaküçə məhəlləsində 130 metr məhəllədaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Ərkivan qəsəbəsinin Ramazanlı küçəsində məhəllədaxili yolun kənarında yerləşən ağac yola aşaraq hərəkətə maneə yaratmışdır. Ərazi nümayəndəliyi tərəfindən problem operativ şəkildə aradan qaldırılmışdır.
Ərkivan ərazisində qəsəbə sakini Əşrəfov Asəf Elşad oğlunun əməliyyat olunması üçün ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə xeyriyyə aksiyasına start verilmişdir.
Ərkivan ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinə toxunan ağaclar budanmışdır.
Ərkivan qəsəbə ərazisində stadionda abadlıq işləri aparılmışdır. Xeyriyyəçilər tərəfindən stadion üçün 2 geyinib-soyunma otağı, sanitar qovşağı və ətrafın dəmir torla hasarlanması nəzərdə tutulmuşdur. Stadionun təmiri üçün ümumilikdə 20 000 manat vəsait ayrılması planlaşdırılmışdır.
Ərkivan ərazisində bayraqlar yenisi ilə əvəz olunmuşdur.

Boradigah ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən ictimai iaşə obyektlərinin rəhbərləri və yol kənarında yerləşən obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılmışdır.
Boradigah ərazisində Boradigah–Qumbaşı yolunun kənarında ərazi nümayəndəliyinin təşəbbüsü ilə “Vəhdət” Xeyriyyə Cəmiyyəti tərəfindən meyvə ağaclarının suvarılması məqsədilə 250 metr su xətti və 2 ədəd su mühərriki alınmışdır (1000 manat).
Boradigah ərazisində nümayəndəlik və bələdiyyənin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir” keçirilmişdir.
Boradigah ərazisində “Vəhdət” Xeyriyyə Cəmiyyəti tərəfindən 23 ailə başçısını itirmiş ailənin hər birinə 200 manat maddi və 50 manat ərzaq yardımı verilmiş, məktəblilərin bilik kurslarında iştirakı məqsədilə müəllimlərə 1350 manat vəsait ayrılmış, ərazidə futbola və güləşə maraq göstərən uşaqlar üçün müəllimlərə 300 manat maddi dəstək göstərilmişdir.

Çaxırlı ərazisində nümayəndəlik tərəfindən qəzalı vəziyyətdə olan dayanacaq təmir olunmuşdur.
Çaxırlı ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinə toxunan ağaclar budanmışdır.
Çaxırlı ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən yararsız olan naqillər bərpa olunmuşdur.

Qızılağac ərazisində vətəndaşların əkin sahələrinin suvarılmasının təmin olunması üçün Viləş çayına bənd vurulmuşdur.
Qızılağac ərazisində nümayəndəlik tərəfindən aparılan təmizlik işləri çərçivəsində 4 yük maşını məişət tullantısı ərazidən daşınaraq təmizlənmişdir.

Qodman ərazi nümayəndəliyi tərəfindən ictimai iaşə obyektlərinin rəhbərləri və yol kənarında yerləşən obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılmışdır. Aparılan söhbətlərdən sonra obyekt sahibləri tərəfindən müvafiq tədbirlər görülmüş, bəzi obyektlərdə təmir və rənglənmə işləri həyata keçirilmiş, ətraf mühitin səliqəyə salınması istiqamətində addımlar atılmışdır.

Böyük Kolatan ərazisində xeyriyyəçi tərəfindən Simran Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbinin əlaçı şagirdləri pul mükafatı ilə təltif olunmuşdur. Ümumilikdə 22 şagirdə 3500 manat məbləğində pul mükafatı təqdim edilmişdir.
Böyük Kolatan ərazisində “Təmiz kənd” layihəsi çərçivəsində 39 ədəd zibil çəlləyi quraşdırılmışdır.
Böyük Kolatan ərazisində bələdiyyə tərəfindən gecə işıqlandırma sistemlərinin təmiri, lampaların dəyişdirilməsi və şəhid lövhələrinin yenilənməsinə başlanılmışdır.

Xırmandalı ərazisində nümayəndəlik və bələdiyyənin təşəbbüsü ilə kənd sakinləri tərəfindən 40 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır (320 manat).
Xırmandalı ərazisində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikası vasitəsilə 4 km məsafədə hamarlama işləri aparılmışdır.
Xırmandalı ərazi nümayəndəliyinin təşəbbüsü və Xırmandalı bələdiyyəsi tərəfindən Xırmandalı kəndinin tanıtım lövhəsi rənglənmişdir.
Xırmandalı ərazisində ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən ağaclar rənglənmişdir.
Xırmandalı ərazisində nümayəndəlik və bələdiyyənin təşəbbüsü ilə Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən Xırmandalı kəndində 60 metr suaparıcı kanal lildən təmizlənmişdir.
Xırmandalı ərazisində nümayəndəlik və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən Hacıtəpə kəndində 180 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır (800 manat).

Həsənli ərazisində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 1250 metr suaparıcı kanal lildən təmizlənmişdir.
Həsənli ərazisində nümayəndəlik və Xırmandalı bələdiyyəsinin təşəbbüsü ilə kənd xeyriyyəçiləri tərəfindən tikilən mərasim evinin tikinti-təmir işləri davam etdirilir (64 000 manat).
Həsənli ərazisində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən ərazinin Köçəkli kəndindən Təkdam kəndi istiqamətinə küçə işıqlandırılması işinə başlanılmışdır.

Xıl ərazisində nümayəndəliyin təşəbbüsü ilə Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 820 metr kanal lildən təmizlənmişdir.
Xıl ərazisində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 3 saylı yeraltı su xəttində təmir-bərpa işləri aparılmışdır.
Xıl ərazisində nümayəndəlik tərəfindən “Xıl kəndi” yazı lövhəsi rənglənmişdir.
Xıl ərazisində nümayəndəliyin təşəbbüsü ilə Masallı Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən 35/10 kilovoltluq Xıl elektrik yarımstansiyasını qış aylarında ətrafın subasma təhlükəsindən qorumaq məqsədilə yarımstansiyanın ətrafında olan 180 metrlik kanal lildən təmizlənmişdir.
Xıl ərazisində nümayəndəliyin müraciəti əsasında 47 saylı Yol İstismar İdarəsi (Masallı) tərəfindən 100 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.

Mahmudavar ərazi nümayəndəliyinin təşəbbüsü ilə elektrik xətlərinə toxunan ağaclar Elektrik Şəbəkəsi tərəfindən budanmış və yararsız elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur.
Mahmudavar ərazisinin mərkəzi yolunda yerləşən gecə işıqlandırma dayaqlarında təmir işləri aparılmışdır.
Mahmudavar ərazi nümayəndəliyi tərəfindən ahıl yaşlı sabiq ərazi nümayəndəsi yaşadığı ünvanda ziyarət olunmuşdur.
Mahmudavar ərazisində xeyriyyəçilər tərəfindən 350 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır (840 manat).
Mahmudavar ərazisində nümayəndəlik və Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən çəltik əkini ilə məşğul olan fermerlərlə görüş keçirilmişdir.

Sığdaş ərazisində Kolatan bələdiyyəsi tərəfindən əlil övladı olan Xanalıyan kənd sakinləri Bağırov Mircavad Mirbağır oğluna 100 manat, Nəsrullayev Məhəbbət Məmmədzadə oğluna 100 manat və Əzizov Nail Kamal oğluna 100 manat maddi yardım göstərilmişdir.
Kolatan bələdiyyəsi tərəfindən 1,5 km uzunluğunda Böyük Kolatan–Xanalıyan yolu və Sığdaş kəndində Hampa zirvəsinə qalxan 500 metrlik yol qreyderlə hamarlanmışdır.

Sərçuvar ərazisində nümayəndəliyin təşəbbüsü və xeyriyyəçilərin maddi dəstəyi ilə köhnə qəbiristanlıqda abadlıq işləri görülmüşdür.
Sərçuvar ərazi nümayəndəliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Sərçuvar kənd tam orta məktəbində siniflərarası voleybol yarışı keçirilmişdir.
Sərçuvar ərazi nümayəndəliyi tərəfindən Baytarlıq İdarəsi ilə birlikdə vətəndaşlarla görüş keçirilmiş, heyvanların mövsümi vaksinasiyası, qarşıdan gələn taxıl biçini zamanı təhlükəsizlik tədbirlərinin görülməsi və biçilən sahələrin şumlanması barədə sakinlərlə maarifləndirici söhbətlər aparılmışdır.

Təklə ərazisində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları vasitəsilə kanallarda lildən təmizləmə işləri aparılmışdır.
Təklə ərazisində Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən vətəndaşların pay torpaqlarına, eləcə də mal-qaranın gediş-gəlişinin təmin olunması məqsədilə kanalbərkitmə işləri aparılmışdır.
Təklə ərazisində 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Viləş ərazisində suaparıcı kanallara atılmış məişət tullantıları texnika vasitəsilə təmizlənmişdir.
Viləş ərazisində örüş sahəsinə təsərrüfat suyunun verilməsi bərpa olunmuşdur.
Viləş ərazisində bayraqlar yenisi ilə əvəz olunmuşdur.
Viləş ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinə toxunan ağaclar budanmışdır.

Öncəqala ərazisində nümayəndəlik tərəfindən tənha yaşayan Markizə Cahangirova üçün tikilən sanitar qovşağının təmiri üçün lazım olan tikinti materialları alınmışdır (695 manat).
Öncəqala ərazisinin giriş lövhəsində kənd xeyriyyəçiləri tərəfindən təmir işləri aparılmışdır.
Öncəqala ərazisində kənddaxili 60 metr yola çınqıl tökülərək hamarlanmışdır.

Güllütəpə ərazisində xeyriyyəçilər tərəfindən aztəminatlı ailənin evinin damı üçün 3 kubmetr tikinti materialı alınmışdır (1200 manat).
Güllütəpə ərazisində xeyriyyəçilər tərəfindən aztəminatlı ailə üçün tikilən evin dam örtüyünün vurulması yekunlaşmış və 7 ədəd pəncərə quraşdırılmışdır.
Güllütəpə ərazisinin Köhnə Zuvand kəndində Masallı Elektrik Şəbəkəsi tərəfindən yararsız elektrik dirəklərinin dəyişdirilməsi üçün 6 ədəd yeni elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur.
Güllütəpə ərazisinin 7 km-lik Köhnə Zuvand yolu ərazi nümayəndəliyi və bələdiyyənin təşkilatçılığı ilə 47 saylı Yol İstismar İdarəsinin texnikası vasitəsilə qreyderlə hamarlanmışdır.
Güllütəpə ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinə toxunan ağaclar budanmışdır.

Bədəlan ərazisində xeyriyyəçi tərəfindən 20 aztəminatlı ailənin hər birinə 30 manat dəyərində ərzaq yardımı paylanılmışdır (600 manat).
Bədəlan ərazisində olan məktəblərdə xeyriyyəçilərin maddi dəstəyi ilə təmir işləri aparılmışdır. Belə ki, Dəmirçi kənd ümumi orta məktəbində təmir işlərinə 1000 manat (sanitar qovşağı, koridor və digər işlər), Bədəlan uşaq bağçasına 500 manat (mətbəx və digər işlər), Çayqıraq ümumi orta məktəbinə isə 700 manat vəsait xərclənmişdir. Ümumilikdə 2200 manat.
Bədəlan ərazisinin Çayqıraq kəndində elektrik dirəyinin yeri rayon Elektrik Şəbəkəsi tərəfindən dəyişdirilmişdir.
Bədəlan ərazisində yol kənarında olan ağaclar əhənglənmişdir.
Bədəlan ərazisinin Çayqıraq kəndində nümayəndəlik tərəfindən zəbt olunmuş 0,12 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsi zəbtdən azad edilmiş və avtomobillərin dayanacağı kimi istifadəsi nəzərdə tutulur (6000 manat).
Bədəlan ərazisinin Çayqıraq kəndində salınacaq park üçün 48 ədəd işıq dirəyi alınmışdır (3500 manat).
Bədəlan ərazisinin Çayqıraq kəndində xeyriyyəçilər tərəfindən 100 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmış, yol genişləndirilmiş və yola mane olan transformatorun yeri dəyişdirilmişdir (1150 manat).
Bədəlan ərazisinin Dəmirçi kəndində xeyriyyəçilər tərəfindən 200 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır (1200 manat).

Təzə Alvadı ərazisində xeyriyyəçilər tərəfindən 23 aztəminatlı ailənin hər birinə 48 manat dəyərində ərzaq yardımı paylanılmışdır (1083 manat).
Təzə Alvadı ərazisində Masallı Baytarlıq İdarəsi tərəfindən heyvanlarda dabaq xəstəliyinə qarşı peyvənd işləri aparılmış və tövlələr infeksion xəstəliklərə qarşı dezinfeksiya olunmuşdur.
Təzə Alvadı ərazisində Ulu Öndər Heydər Əliyevin kəlamlarını əks etdirən barelyefin ətrafında abadlıq işləri aparılmış, ön hissədə torpaq şumlanaraq dekorativ ağac və gül kolları əkilmiş, meşə ərazisindəki ağaclar əhənglə ağardılmışdır (100 manat).
Təzə Alvadı ərazisində nümayəndəlik tərəfindən Meşəkənarı kəndində məktəbə gedən yolun 50 metrlik hissəsinə çınqıl tökülərək hamarlanmışdır (450 manat).
Təzə Alvadı ərazisində millət vəkili Fəzail İbrahimli kənd sakinləri ilə görüş keçirmişdir.
Təzə Alvadı kəndində 1 km məsafədə kənddaxili yola gecə işıqlandırma sistemi qurulmuşdur (1168 manat).

Hişkədərə ərazisində köhnə qaz xətlərinin yenilənməsi işləri aparılır.
Hişkədərə ərazisində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən aztəminatlı ailə Sadıqova Aidə Qurban qızına övladının təhsil haqqının ödənilməsi üçün 250 manat yardım olunmuşdur.
Hişkədərə ərazisində nümayəndəliyin təşkilatçılığı ilə qəbiristanlıqda kənd ictimaiyyətinin iştirakı ilə ümumi təmizlik işləri aparılmışdır. Həmçinin xeyriyyəçilər tərəfindən qəbiristanlıq ərazisinin dərmanlanması məqsədilə bir ədəd dərman səpən aparat və dərman vasitələri alınmışdır (70 manat).
Hişkədərə ərazisində nümayəndəliyin və bələdiyyənin birgə təşkilatçılığı ilə qəbiristanlıq ərazisində aşmış palıd ağacı doğranaraq ərazidən təmizlənmişdir (132 manat).

Yeyənkənd ərazisində nümayəndəliyin təşkilatçılığı ilə xeyriyyəçilər tərəfindən 14–18 aprel tarixlərində Yeyənkənd kənd orta məktəbinin iki şagirdinə Lənkəran şəhərində boks üzrə zona birinciliyində qalib gələrək Respublika birinciliyinə lisenziya qazanmaları münasibətilə hər birinə 150 manat mükafat təqdim edilmişdir.
Yeyənkənd ərazisində kənd sakinləri tərəfindən təbii qaz olmayan 19 evə 1200 metr uzunluğunda qaz xətti çəkmək üçün borular alınmışdır (14 440 manat).
Yeyənkənd ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinə toxunan ağaclar budanmışdır.

Qarğalıq ərazisində nümayəndəlik və bələdiyyənin təşkilatçılığı ilə Qədirli–Xallıcallı yolunun 1 km-lik hissəsi qreyderlə hamarlanmışdır.
Qarğalıq ərazisində 2 qanunsuz tikintinin qarşısı alınmışdır.
Qarğalıq ərazisində Şərəfə bələdiyyəsi tərəfindən kənd mərkəzi yolunun kənarında qalaqlanmış məişət tullantıları aradan qaldırılmışdır.

Şərəfə kənd ərazi nümayəndəliyinin təşəbbüsü ilə bələdiyyənin balansında olan kanallarda təmizləmə işləri aparılmışdır.
Şərəfə ərazisində xeyriyyəçilər tərəfindən 100 metr kanal lildən təmizlənmiş, 2 ədəd suötürücü boru yerləşdirilmiş və 60 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Şərəfə ərazisində 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Banbaşı ərazisində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçi tərəfindən əhalinin içməli su ilə təminatında istifadə olunan artezian quyusunun su çəni təmir edilmişdir.
Banbaşı ərazisinin Böyük Xocavar və Banbaşı kəndlərində Təmiz Qaz QSC tərəfindən yeraltı qaz xətlərinin yerüstü qaz xətləri ilə əvəz olunması işlərinə başlanılmışdır.
Banbaşı ərazisində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçi tərəfindən 300 metr kənddaxili yol təmir olunmuşdur.

Göyəçöl ərazisində bayraqlar yenisi ilə əvəz olunmuşdur.
Göyəçöl kənd ərazi nümayəndəliyinin təşəbbüsü ilə rayon Elektrik Şəbəkəsi tərəfindən yararsız elektrik dirəyi yenilənmiş və elektrik naqillərinə toxunan ağaclar budanmışdır.

Musakücə ərazisində kənddaxili 650 metr yol bələdiyyə tərəfindən qreyder ilə hamarlanmışdır.
Musakücə bələdiyyəsi tərəfindən 550 metr kənddaxili yola kərpic qırıntıları tökülərək hamarlanmışdır.
Musakücə ərazisində əkilmiş ağaclar əhənglənmişdir.

Qızılavar kənd ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən Bala Kolatan kəndi ilə sərhəddə yerləşən məişət tullantıları poliqonu təmizlənmişdir.

Miyankü ərazisində nümayəndəliyin inzibati binasının 18 ədəd dam örtüyü yenisi ilə əvəz edilmişdir.

Boradigah və Güllütəpə ərazilərində Masallı Elektrik Şəbəkəsi tərəfindən elektrik naqillərinə toxunan ağaclar budanmışdır.

Köhnə Alvadı ərazisində Masallı Qaz İstismar Sahəsi tərəfindən qaz xətlərinin yenisi ilə əvəz olunması üçün əraziyə dəmir borular gətirilmişdir.

Yeddioymaq ərazisində nümayəndəlik tərəfindən əsas yolda avtomobillərin hərəkətinə mane olan ağaclar budanmışdır.

Qəriblər ərazisində abadlıq işləri ilə əlaqədar restoranların hasarlarında rəngləmə və təmir işlərinə başlanılmışdır.

47 saylı Yol İstismar İdarəsi (Masallı) tərəfindən köhnə Ələt–Astara yolunda təmizlik işləri görülmüşdür

Boradigah, Mahmudavar, Qızılavar, Təklə, Yeddioymaq, Öncəqala, Xırmandalı, Türkoba, Sərçuvar, Təzəkənd, Çaxırlı, Həsənli, Viləş, Böyük Kolatan və Mahmudavar ərazilərində vətəndaşların qəbulu keçirilmişdir.

Ələt–Astara avtomobil yolunda təmizliklə bağlı iməciliklər təşkil olunmuş və bütün ərazi nümayəndəlikləri iməcilikdə iştirak etmişdir.

Ərazilərdə təmizlik işləri ilə əlaqədar iməciliklər keçirilmişdir.

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

6-05-2026, 15:15

Masallıda növbəti səyyar görüş-qəbul: Rayon rəhbəri tərəfindən müraciətlər dinlənildi, tapşırıqlar verildi

Araşdırma / Müsahibə

4-05-2026, 22:22

Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü

Gündəm / Cəmiyyət

18-05-2026, 10:35

18 May - Beynəlxalq Muzeylər Günüdür

Gündəm / Cəmiyyət / Maraqlı

19-05-2026, 17:37

Masallıda turizm mövsümünə hazırlıqla bağlı səyyar görüş keçirilib

Cəmiyyət

22-05-2026, 13:03

Masallıda rayon rəhbəri Köhnə Zuvand kəndində vətəndaşlarla görüş keçirib

---

4-05-2026, 14:40

İşləyən pensiyaçılar üçün yeni hesablanma qaydaları nə vəd edir? ŞƏRH

Araşdırma / Cəmiyyət

28-05-2026, 21:29

Vətəndaşdan “Azəriqaz” rəhbərliyinə şikayət - Masallıda qaz qalmaqalı

Gündəm / Cəmiyyət

13-05-2026, 14:00

Masallıda RİH-nin başçısı vətəndaşlarla növbəti səyyar görüş-qəbul keçirildi

Gündəm / Cəmiyyət

20-05-2026, 15:30

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qodman ərazisində səyyar qəbul keçirib

Siyasət

28-04-2026, 12:00

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri

Cəmiyyət

23-05-2026, 16:26

Masallı şəhər Yuxarı Baş məhəlləsi İmam Hüseyn məscidinin qarşısındakı yolda abadlıq işləri aparılıb

Cəmiyyət

30-04-2026, 10:42

Masallıda rayon rəhbəri vətəndaş qəbulu keçirdi

Cəmiyyət

21-05-2026, 10:56

Masallıda rayon rəhbəri tərəfindən vətəndaş qəbulu keçirilib

Cəmiyyət

22-05-2026, 10:51

Bazar günü 56 mindən çox abituriyent üçün imtahan keçiriləcək

Gündəm / Cəmiyyət

7-05-2026, 10:30

Masallıda rayon rəhbəri tərəfindən növbəti vətəndaş qəbulu keçirildi – 07.05.2026

Araşdırma
İrandan Azərbaycana 41 kq narkotikin keçirilməsinin qarşısı alınıb, PUA zərərsizləşdirilib
Evinin çıxarışı olmayan şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
Masallıda X və XI siniflər üzrə təmayül siniflərinə şagird qəbulu elan olunur
Masallıda 1520 ədəd xaş-xaş kolu məhv edilib
Hadisə
18-06-2026, 11:10
Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib
13-06-2026, 18:13
Masallıda inzibati xəta törətmiş şəxs barəsində həbs qərarı çıxarılıb
12-06-2026, 16:16
Masallı rayon İcra Hakimiyyəti qərəzli və böhtan xarakterli məlumatlara münasibət bildirib
12-06-2026, 12:53
Kompüter istifadəçiləri üçün yeni tələ - Kodları öz əlinizlə işə salmayın!
9-06-2026, 15:26
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
4-06-2026, 18:58
Astarada Milli Parkın ərazisində narkoplantasiya yetişdirən şəxs saxlanılıb
Son xəbərlər
  • Вчера, 21:41
    Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
  • Вчера, 19:22
    26 İyun: Müstəqilliyimizin və Hərbi Gücümüzün Rəmzi
  • Вчера, 17:44
    Masallıda müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi uğurla yekunlaşıb
  • Вчера, 15:46
    Azəebaycan Ordusu - Dövlətimizin Gücü və Qüruru
  • Вчера, 12:55
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulu keçirdi
  • Вчера, 01:40
    İrandan Azərbaycana 41 kq narkotikin keçirilməsinin qarşısı alınıb, PUA zərərsizləşdirilib
  • 24-06-2026, 16:24
    Masallıda rayon rəhbəri Köhnə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi
  • 24-06-2026, 16:09
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Köhnə Alvadı ərazisində vətəndaş qəbulu keçirib
  • 24-06-2026, 11:53
    Evinin çıxarışı olmayan şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR
  • 23-06-2026, 21:55
    Masallıda rayon rəhbəri Musakücə kəndində asfaltlaşdırılan yola baxış keçirib
  • 23-06-2026, 20:40
    Masallı rayon İcra Hakimiyyətinin başçısı "Sağlam məhəllə” idman zonasına baxış keçirib
  • 23-06-2026, 17:24
    Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd edilib
  • 23-06-2026, 16:22
    Masallıda abadlıq işləri davam edir: Hüseynhacılı dairəsində görülən işlərə baxış keçirilib
  • 23-06-2026, 15:01
    Azərbaycan-Türkmənistan Əlaqələrində Yeni Mərhələ
  • 23-06-2026, 12:49
    Masallıda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub
  • 23-06-2026, 11:24
    Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 23-06-2026, 11:11
    Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
  • 22-06-2026, 14:51
    Masallıda şəhidin adını daşıyan küçənin asfaltlaşdırılması yekunlaşıb
  • 22-06-2026, 11:51
    Masallıda X və XI siniflər üzrə təmayül siniflərinə şagird qəbulu elan olunur
  • 22-06-2026, 11:15
    Dollar almaq istəyənlər – Diqqət!
  • 22-06-2026, 10:01
    Biləsuvarda “Piyadalar, diqqətli olun!” adı altında profilaktik tədbir keçirilib
  • 22-06-2026, 09:49
    Masallıda 1520 ədəd xaş-xaş kolu məhv edilib
  • 21-06-2026, 16:10
    Pişiklərlə ünsiyyət qurmağın gizli yolu - Kəşf olundu
  • 21-06-2026, 12:22
    Gənc musiqiçi Əbəlfəz Həsənov fəxri fərmanla təltif olundu
  • 20-06-2026, 22:44
    Aşura günü qanvermə aksiyası harada keçiriləcək?
  • 20-06-2026, 16:38
    Masallı rayon Onbirillik İncəsənət Məktəbində hesabat konserti keçirilib
  • 19-06-2026, 16:40
    Masallıda narkomaniyaya qarşı mübarizə ilə bağlı zona seminarı keçirilib - 19/06/2026
  • 19-06-2026, 12:47
    “Veteranlarımız” layihəsi çərçivəsində yubilyar partiya veteranları ilə görüş keçirilib
  • 18-06-2026, 13:00
    Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib
  • 18-06-2026, 11:15
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov növbəti vətəndaş qəbulu keçirdi
  • 18-06-2026, 11:10
    Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib
  • 17-06-2026, 17:41
    Masallı Rayon Mərkəzi Xəstəxanasında Tibb işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib
  • 17-06-2026, 17:02
    Dünya çempionatında azarkeş rekordu qeydə alındı
  • 17-06-2026, 16:33
    Masallının Nəzəroba kəndində şəhidlərin məzarları ziyarət edilərək xatirələri yad olunub
  • 17-06-2026, 15:00
    Masallıda rayon rəhbəri Miyənkü ərazisinin Nəzəroba kəndində səyyar qəbul keçirdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Rəmzi Şahverdiyev
  • Tel: (+9945) 737 77 76
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. CenubMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə