
28 sentyabr 2026-cı il tarixində Masallı şəhər mərasim evində 27 Sentyabr – Anım Gününə həsr olunmuş ehsan süfrəsi təşkil olunub.


Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Millət Vəkili Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də aztəminatlı ailələrin nümayəndələri iştirak ediblər.



Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, onların ailələrinə göstərilən diqqət və qayğının davam etdirilməsinə töhfə vermək olub.


Ehsan süfrəsində şəhidlərin ruhuna dualar oxunub, onların qəhrəmanlığı və Vətən qarşısında göstərdikləri fədakarlıq bir daha ehtiramla yad edilib.
İlk olaraq çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirib. Rayon rəhbəri şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəmanların göstərdiyi şücaətin və fədakarlığın xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini qeyd edib.

Millət vəkili Məşhur Məmmədov çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirib. Deputat şəhidlərimizin Vətən qarşısında göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlığın Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıb. Millət vəkili qeyd edib ki, şəhidlərin həyat yolu və Vətən uğrunda göstərdikləri şücaət gələcək nəsillər üçün nümunədir.


Tədbir iştirakçıları Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyiblər.

