• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ŞƏHİD İBRAHİM LƏLƏYEVƏ HƏSR OLUNMUŞ “QƏLBİ VƏTƏNLƏ DÖYÜNƏNLƏR” ADLI XATİRƏ GECƏSİ KEÇİRİLİB

Gündəm / Cəmiyyət

24-09-2026, 21:20

24 sentyabr 2026-cı il tarixində İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində 44 Günlük Vətən Müharibəsində Şəhidlik Zirvəsinə ucalmış, Vətənin müdafiəsinə könüllü olaraq qatılmış şəhid Lələyev İbrahim Həzrətqulu oğlunun əziz xatirəsinə həsr olunmuş “Qəlbi Vətənlə döyünənlər” adlı xatirə gecəsi keçirilib.

 Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xatirə gecəsində şəhid İbrahim Lələyevin atası Həzrətqulu Lələyev, qardaşı İsmayıl Lələyev, bacıları Əsmər və Gülnar, əmisi Mehdi Lələyev, əmisi Ələmdar Lələyev, bibiləri Zinnət və Nahidə Lələyeva, əmisi oğlanları İlqar Lələyev və Mərhəmət Lələyev, Hişkədərə kənd sakinləri, şəhid ailələri, qazilər, ziyalılar, jurnalistlər, mədəniyyət və incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə şəhidin əmisi Mehdi Lələyev geniş çıxış edərək İbrahimlə bağlı xatirələrini bölüşüb. O, İbrahimin uşaqlıq və gənclik illərindən, ailəsinə, doğmalarına və Vətəninə olan sevgisindən danışıb. Mehdi Lələyev qeyd edib ki, İbrahim Vətən sevgisini əməli ilə göstərən, torpağına bağlı və vətənpərvər gənc olub. Vətən müharibəsi başlayan zaman onun könüllü olaraq Vətənin müdafiəsinə yollanması bunun bariz nümunəsidir.


Mehdi Lələyev çıxışında bildirib ki, İbrahimin şəhid olması ailəsi üçün böyük və əvəzolunmaz itkidir. Bununla yanaşı, onun Vətən uğrunda canından keçməsi ailəsi və doğmaları, eləcə də doğulduğu Hişkədərə kəndi üçün böyük qürur mənbəyidir. O, şəhidin adının daim yaşadılmasının və onun qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artistləri Ağadadaş Ağayev və Gülyaz Məmmədova səhnəyə çıxaraq şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Onlar Vətənə və şəhidlərə həsr olunmuş ifalar səsləndiriblər.

Bununla yanaşı, müğənnilər Mirələm Mirələmov, Tərlan Mustafayev, Zaur Quluzadə və digər gənc müğənnilər də səhnədə çıxış edərək şəhidlərin ruhuna həsr olunmuş musiqi nömrələri təqdim ediblər. Tədbirdə Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin sədri, şəhid anası Xatirə Cəfərova da çıxış edib. Xatirə Cəfərova şəhid İbrahim Lələyevin atasına Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin adından fəxri fərman təqdim edib. Daha sonra Xatirə Cəfərova gənc müğənni Zaur Quluzadəyə Vətənpərvər mövqeyinə və şəhid tədbirlərində fəal iştirakına görə fəxri fərman təqdim edib.

Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev, Z/M Media Xəbər Agentliyinin təsisçisi və baş redaktoru, gənc müğənni Zaur Quluzadə də iştirak ediblər. Xatirə gecəsində yazıçı-publisist Nurəddin Ədiloğlu, yazıçı-publisist Nəzirməmməd Zöhrablı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov, tanınmış teleaparıcı və rejissor Elçin Məmiyev də çıxış edərək şəhid İbrahim Lələyevin əziz xatirəsi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda şəhidin əmisi oğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev çıxış edərək tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin rəhbərliyinə və kollektivinə, tədbirdə iştirak edən şəhid ailələrinə, qazilərə, qohumlara, Hişkədərə kənd sakinlərinə, ziyalılara, sənət adamlarına və bütün qonaqlara minnətdarlığını ifadə edib.

Tədbir İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı xüsusi bədii kompozisiya ilə başa çatıb. Qeyd edək ki, “Qəlbi Vətənlə döyünənlər” adlı xatirə gecəsinin təşkilatçıları şəhidin əmisi Mehdi Lələyev, əmisi oğlu Mərhəmət Lələyev və bibisi Zinnət Lələyeva olub.


Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

23-07-2026, 17:42

Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu

Gündəm / Cəmiyyət

21-07-2026, 21:33

Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi

Cəmiyyət

2-06-2026, 11:41

Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə qayğı davam edir

Cəmiyyət

2-06-2026, 11:31

Masallıda 26 aprel – 31 may tarixlərində görülən işlər

Gündəm / Cəmiyyət

11-09-2026, 15:00

Regionların inkişafı və sosial rifah prioritetdir

Gündəm / Cəmiyyət

13-06-2026, 17:27

Mərhəmət Lələyevin müəllifi olduğu “Doğma elin simaları” kitabının birinci cildi nəşr olunub

Gündəm / Cəmiyyət

19-06-2026, 12:47

“Veteranlarımız” layihəsi çərçivəsində yubilyar partiya veteranları ilə görüş keçirilib

Gündəm / Cəmiyyət

15-06-2026, 14:27

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub

Gündəm / Cəmiyyət

27-08-2026, 14:04

Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib

Cəmiyyət / Maraqlı

23-09-2026, 18:00

Masallıda Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib

Gündəm / Cəmiyyət / Maraqlı

26-05-2026, 15:55

Masallıda 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqillikdən Zəfərə” mövzusunda tədbir keçirilib

Gündəm / Cəmiyyət

23-09-2026, 13:44

27 Sentyabr – Zəfərə gedən yolun başlanğıcı

Gündəm / Cəmiyyət

18-05-2026, 10:35

18 May - Beynəlxalq Muzeylər Günüdür

Gündəm / Cəmiyyət

14-09-2026, 18:18

Masallıda YAP rayon təşkilatının XI konfransı keçirilib

Gündəm / Cəmiyyət

27-08-2026, 14:34

Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa

Araşdırma
Bu şəxslərin pensiyası daha çox artacaq
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə
26-09-2026, 11:41
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
25-09-2026, 15:33
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
24-09-2026, 15:22
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
21-09-2026, 10:59
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
20-07-2026, 11:09
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
1-07-2026, 11:11
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
Son xəbərlər
  • Вчера, 17:27
    Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
  • Вчера, 14:56
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib
  • Вчера, 12:27
    Azərbaycan və Laos arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri
  • 14-10-2026, 22:29
    Azərbaycan–Laos münasibətlərində təhsil və humanitar əməkdaşlığın rolu
  • 14-10-2026, 19:03
    Masallıda rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
  • 14-10-2026, 16:59
    Masallıda İcra Hakimiyyətinin başçısı səyyar görüş-qəbul keçirdi
  • 14-10-2026, 10:34
    Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər
  • 14-10-2026, 08:39
    Azərbaycan–Kamboca münasibətlərinin gələcək perspektivləri
  • 13-10-2026, 15:50
    Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ikitərəfli münasibətlər uğurla davam edir
  • 13-10-2026, 12:23
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • 12-10-2026, 16:43
    Milli dəyərlərə bağlılıq, dünyəvilik və ictimai həmrəylik - DEPUTAT
  • 10-10-2026, 18:55
    REGİON GƏNCLƏRİNİN TƏHSİLDƏN ƏMƏK HƏYATINA KEÇİD İMKANLARI
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 9-10-2026, 17:37
    “PeşəFest-2026” - Masallıda
  • 8-10-2026, 19:21
    Masallıda şəhid məzarları ziyarət edildi
  • 8-10-2026, 15:57
    Masallıda rayon rəhbəri Əhmədli kəndində səyyar qəbul keçirib
  • 7-10-2026, 16:41
    Masallı şəhər 1 saylı tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirildi
  • 7-10-2026, 16:30
    Bu şəxslərin pensiyası daha çox artacaq
  • 6-10-2026, 16:13
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
  • 5-10-2026, 16:00
    YAP-ın VIII qurultayı yeni dövrün strateji hədəflərini müəyyənləşdirir
  • 5-10-2026, 13:15
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisə olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
  • 4-10-2026, 17:17
    Masallıda Sərbəst və Yunan-Roma güləşi idman növləri üzrə Lənkəran-Astara region açıq turnirinin açılış mərasimi keçirilib
  • 4-10-2026, 11:22
    Cəbrayıl: Dağıntılardan dirçəlişə uzanan Böyük Qayıdış yolu
  • 3-10-2026, 16:44
    3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • 3-10-2026, 16:44
    3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • 2-10-2026, 18:49
    Masallı RİH başçısı Ərkivan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət edib
  • 2-10-2026, 18:20
    Masallı rayon rəhbəri Ərkivan qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib
  • 2-10-2026, 16:16
    “Masallı Təhsil Fondu” qızların ali təhsilinə dəstək missiyasını davam etdirir
  • 2-10-2026, 10:00
    Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
  • 1-10-2026, 16:34
    Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir keçirilib
  • 1-10-2026, 15:45
    Masallı Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
  • 30-09-2026, 14:44
    Qüdrətli Azərbaycanın memarı - ŞƏRH
  • 29-09-2026, 19:41
    Masallıda Rayon rəhbəri Qəzvinoba kəndində bərpa olunan körpüyə yerində baxış keçirib
  • 29-09-2026, 10:50
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Rəmzi Şahverdiyev
  • Tel: (+9945) 737 77 76
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. CenubMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə