
Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı daim diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan vətəndaşların müraciətləri və qarşılaşdıqları çətinliklərin həlli istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir.
02 oktyabr 2026-cı il tarixində Masallı rayonunun Ərkivan qəsəbəsində keçirilən vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, RİH aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələrinin üzvləri, din xadimləri, media nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərin məzarları ziyarət edilib.
Ziyarət zamanı şəhidlərin məzarları üzərinə tər gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






