
19 avqust 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lürən ərazisində keçirilən vətəndaş qəbulundan sonra şəhid məzarlarını ziyarət edib.
Masallı rayonunda şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlillərinin qayğılarının daim diqqətdə saxlanılması, onların müraciət və problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzindədir.

Şəhid məzarlarının ziyarətində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələrinin üzvləri, din xadimləri, media nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Ziyarət zamanı şəhidlərin məzarları önünə tər gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiram və hörmətlə yad edilib, ruhlarına dualar oxunub.
Şəhid ailələri ilə söhbət zamanı onların qayğı və problemləri ilə maraqlanılıb, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı və onların ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.