
01 oktyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən müraciət edən vətəndaşlar iştirak edərək onları narahat edən məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.

Vətəndaşların müraciətləri əsasən sosial-məişət məsələləri, məşğulluq, sosial təminat və digər məsələlərlə bağlı olub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov hər bir vətəndaşı diqqətlə dinləyib, müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib.

Qəbul zamanı həlli mümkün olan bir sıra məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. Əlavə araşdırma və aidiyyəti qurumların səlahiyyətləri çərçivəsində həlli tələb olunan müraciətlər isə nəzarətə götürülərək onların araşdırılması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.
Rayon rəhbəri vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının, onların qanunvericiliyin tələblərinə uyğun, operativ və obyektiv şəkildə araşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Vətəndaş qəbullarının keçirilməsində əsas məqsəd əhalinin müraciətlərinin birbaşa dinlənilməsi, qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsindən ibarətdir.