
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərinin müraciətlərini dinləyib.
Qəbul zamanı rayonun müxtəlif ərazilərindən gələn vətəndaşlar tərəfindən sosial, məişət və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Belə ki, Yeddioymaq kənd sakini tikinti məsələləri ilə bağlı müraciətini rayon rəhbərinin diqqətinə çatdırıb.

Sonra Ərkivan qəsəbə sakini İcra başçısına Bağıroba məhəlləsinə asfalt yol çəkilməsi ilə əlaqədar təşəkkürünü bildirərək, görülən işlərdən razılığını ifadə edib.

Şıxlar kənd sakini yol məsələsi ilə bağlı müraciətini diqqətə çatdırıb.

Lürən kənd sakininin müraciəti məşğulluq məsələləri ilə bağlı olub.

Tatyanoba kənd sakininin müraciəti əmlak məsələləri ilə bağlı olub.

Yiyənkənd sakini məhkəmə məsələsi ilə bağlı müraciətini səsləndirib.

Ninalov kənd sakini isə yaşadığı ərazidə qaz təchizatı ilə bağlı problemi İcra başçısına bildirib.

Qəbul zamanı səsləndirilən digər müraciətlər də Araz Əhmədov tərəfindən diqqətlə dinlənilib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi diqqətdə saxlanılıb.