
06 avqust 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

Qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar iştirak edərək onları narahat edən məsələlər, o cümlədən sosial-məişət, məşğulluq və digər istiqamətlər üzrə müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı hər bir vətəndaşı diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Müraciətlərin bir qismi qəbul zamanı yerində həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə icraata götürülərək icrası nəzarətə götürülüb.

Qəbulun sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş müraciətlərinə operativ, obyektiv və şəffaf baxılmasının, sakinlərin qaldırdıqları məsələlərin qanunvericiliyə uyğun həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, belə görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb