• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Lənkəran-Astara iqtisadi rayonunda aqrar inkişafla bağlı regional müşavirə keçirilib

Gündəm / Cəmiyyət

16-06-2026, 19:00

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir.

İyunun 16-da Lənkəran-Astara iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri və fermerlərin iştirakı ilə regional müşavirə keçirilib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov çıxışında son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə həyata keçirilən sistemli islahatlar nəticəsində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib.

Qeyd edib ki, aqrar sahəyə dövlət dəstəyinin artırılması, müasir suvarma sistemlərinin tətbiqi, aqroparkların yaradılması və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrin istehsal və ixrac potensialı artmış, bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlmiş, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunmuşdur. O, həmçinin vurğulayıb ki, qəbul edilmiş Dövlət Proqramı aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən edən strateji sənəd olmaqla məhsuldarlığın artırılmasına, rəqabətqabiliyyətli və ixracyönümlü istehsal modelinə keçidin sürətləndirilməsinə xidmət edir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Dövlət Proqramı çərçivəsində buğda istehsalında məhsuldarlığın hədəf rayonlarda 50 sentnerə, 31 dəmyə rayonda, - hansı ki buna Lənkəran-Astara iqtisadi rayonu da daxildir, - 30 sentnerə çatdırılması, 22 rayon üzrə kombayn parkının 571 yeni kombaynla yenilənməsi, 84,9 min hektar sahədə lazer hamarlama texnologiyasının tətbiqi və intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulur. Həmçinin bildirib ki, Dövlət Proqramı çərçivəsində 150 min ton əlavə taxıl silosu və 100 min ton yeni soyuducu anbar tutumunun yaradılması planlaşdırılır. Bu məqsədlə müvafiq avadanlıqların dəyərinin 40 faizinin dövlət güzəştləri, 40-50 faizinin isə kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi vasitəsilə dəstəklənməsi planlaşdırılır. Nazir müavini əlavə edib ki, bu istiqamət xüsusilə Lənkəran-Astara iqtisadi rayonu üçün mühüm əhəmiyyət daşıyır. Regionun zəngin meyvəçilik və subtropik məhsul istehsalı potensialı, o cümlədən ölkədə sitrus meyvəçiliyinin əsas mərkəzi olması saxlama, soyutma, çeşidləmə, qablaşdırma və emal infrastrukturunun daha da genişləndirilməsini zəruri edir ki, bu da məhsulların əlavə dəyərinin artırılmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov çıxışında Dövlət Proqramında müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılmasının və sudan faydalı istifadə göstəricisinin 45 faizdən 95 faizə yüksəldilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. O qeyd edib ki, Lənkəran-Astara iqtisadi rayonunda su təminatının yaxşılaşdırılması məqsədilə Viləşçay su anbarının genişləndirilməsi, yeni su anbarlarının tikintisi və mövcud suvarma infrastrukturunun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir. Bildirib ki, 2025-ci ildə region üzrə 35,7 min hektar əkin sahəsi suvarılıb, o cümlədən 13,4 min hektar dənli bitki, 9 min hektar bostan-tərəvəz, 5,3 min hektar çoxillik əkmələr suvarma suyu ilə təmin olunub. Vurğulayıb ki, müasir suvarma texnologiyalarının tətbiqi, su ehtiyatlarının səmərəli idarəolunması və meliorasiya layihələrinin icrası regionun aqrar potensialının inkişafına, məhsuldarlığın artırılmasına və su itkilərinin minimuma endirilməsinə mühüm töhfə verəcək.


Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə qəbul olunmuş dövlət proqramları nəticəsində rayonda çəltikçilik, çayçılıq, sitrusçuluq və digər ənənəvi kənd təsərrüfatı sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub. O qeyd edib ki, son illərdə çəltik əkin sahələri və məhsul istehsalı əhəmiyyətli dərəcədə artmış, yeni emal müəssisələri yaradılmış, çay plantasiyaları və intensiv sitrus bağları genişləndirilib, çiyələkçilik sahəsində yüksək nəticələr əldə olunub. O, həmçinin rayonun aqrar və aqro-emal potensialına diqqət çəkərək, məhsulların ixrac həcminin artdığını, soyuducu anbar infrastrukturunun inkişaf etdirildiyini, kənd təsərrüfatında məşğulluğun genişləndirildiyini bildirib. Çıxışında su təminatının yaxşılaşdırılması məqsədilə yeni su anbarının tikintisi, torpaqların konsolidasiyası, aqrar kooperativlərin təşviqi, aqrar sığorta mexanizmlərinin təkmilləşdirilməsi və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflərini də səsləndirən icra başçısı müəyyən edilmiş hədəflərin həyata keçirilməsində dövlət, sahibkar və fermer əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Müşavirədə çıxış edən fermerlər və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatlarda görülən işlər, əldə olunan nəticələr və inkişaf planları barədə məlumat veriblər. Onlar kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin istehsalın artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər. Çıxış edənlər, həmçinin regionun aqrar potensialının daha səmərəli reallaşdırılması istiqamətində Dövlət Proqramında müəyyən edilmiş hədəflərin icrasına fəal şəkildə qoşulacaqlarını və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün səylərini davam etdirəcəklərini bildiriblər.


Müşavirənin yekununda Prezidentin köməkçisi –Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə əsaslanan aqrar inkişaf modelinin formalaşdırılmasına xidmət etdiyini bildirib. O qeyd edib ki, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və saxlama infrastrukturunun inkişafı, heyvandarlıq və akvakultura sahələrinin genişləndirilməsi kimi vəzifələrin icrası mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyəti, eləcə də sahibkar və fermerlərin fəal iştirakı ilə mümkün olacaq. Vurğulanıb ki, Dövlət Proqramının icrası Lənkəran-Astara iqtisadi rayonunda çayçılıq, çəltikçilik, sitrusçuluq, tərəvəzçilik və digər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına, məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılmasına, məşğulluğun genişlənməsinə, habelə regionun mövcud aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.

Paylaş:
Digər xəbərlər

Araşdırma / Müsahibə

4-05-2026, 22:22

Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü

Cəmiyyət

2-06-2026, 11:31

Masallıda 26 aprel – 31 may tarixlərində görülən işlər

Gündəm / Cəmiyyət

25-05-2026, 22:39

Kənd Təsərrüfatının İnkişafı Azərbaycanın Gələcəyidir

Cəmiyyət

2-06-2026, 10:55

Masallıda Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə yardımlar göstərilib

Gündəm / Cəmiyyət

15-06-2026, 14:27

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub

Cəmiyyət

2-06-2026, 11:41

Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə qayğı davam edir

Gündəm / Cəmiyyət

11-06-2026, 15:30

Masallıda 26 İyun – Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Günlə bağlı maarifləndirici tədbir keçirilmişdir

Gündəm / Cəmiyyət / Mədəniyyət

19-05-2026, 12:16

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi tərəfindən seminar-müşavirə keçirilib

Gündəm / Cəmiyyət / Maraqlı

8-05-2026, 21:31

Masallı rayon İcra başçısı və nazir Bakı Ekspo Mərkəzində Masallı pavilyonunu ziyarət ediblər

Cəmiyyət

5-06-2026, 15:52

Masallıda 5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı qeyd olunub

Gündəm / İqtisadiyyat

2-06-2026, 14:08

Bakı Enerji Həftəsi Azərbaycanın Enerji Liderliyinin Təsdiqidir

Gündəm / Cəmiyyət

4-05-2026, 15:44

Masallıda korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirildi -04/05/2026

Cəmiyyət

25-05-2026, 10:50

Leyla Əliyeva Masallıda mədəni irsimizin və ənənəvi sənətkarlığın təşviqi ilə tanış olub

Cəmiyyət

7-05-2026, 12:00

Masallıda antikorrupsiya tədbirləri çərçivəsində maarifləndirici görüş keçirildi

Siyasət

3-06-2026, 20:00

Enerji təhlükəsizliyi: dayanıqlı gələcəyin əsas təminatı

Araşdırma
Kiberdələduzluq hallarına qarşı diqqətli olaq!
Lənkəran-Astara iqtisadi rayonunda ən yüksək pensiya harada verilir? - rayon və şəhərlər - STATİSTİKA
Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olundu
Masallı rayonunda 2026-cı ilin ilk yarısına dair demoqrafik göstəricilər açıqlanıb - Statistika
Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
Hadisə
20-07-2026, 11:09
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
1-07-2026, 11:11
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
28-06-2026, 10:16
Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
18-06-2026, 11:10
Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib
13-06-2026, 18:13
Masallıda inzibati xəta törətmiş şəxs barəsində həbs qərarı çıxarılıb
12-06-2026, 16:16
Masallı rayon İcra Hakimiyyəti qərəzli və böhtan xarakterli məlumatlara münasibət bildirib
Son xəbərlər
  • Сегодня, 10:58
    26 Avqust – Laçın Şəhəri Günü
  • Вчера, 15:30
    Ortaq köklər, qarşılıqlı hörmət və strateji müttəfiqlik
  • 23-08-2026, 14:00
    Masallıda Şəhid Cəmil Eyvazovun əziz xatirəsi yad edilib
  • 21-08-2026, 22:21
    “Azərbaycan-Özbəkistan dostluğu türk dünyasının birlik və həmrəyliyinə töhfədir”
  • 21-08-2026, 14:39
    Kiberdələduzluq hallarına qarşı diqqətli olaq!
  • 21-08-2026, 14:27
    İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
  • 20-08-2026, 10:55
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulu keçirdi
  • 19-08-2026, 20:00
    Lənkəran-Astara iqtisadi rayonunda ən yüksək pensiya harada verilir? - rayon və şəhərlər - STATİSTİKA
  • 19-08-2026, 16:22
    Masallıda Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət edib
  • 19-08-2026, 15:11
    Masallı rayon İcra Hakimiyətinin başçısı Lürən ərazisində sakinlərlə səyyar görüş-qəbul keçirdi
  • 18-08-2026, 17:27
    Masallıda ekoloji maarifləndirmə məqsədilə xəbərdaredici lövhələr quraşdırılıb
  • 18-08-2026, 11:55
    Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
  • 18-08-2026, 09:35
    700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olundu
  • 18-08-2026, 09:19
    Masallı rayonunda 2026-cı ilin ilk yarısına dair demoqrafik göstəricilər açıqlanıb - Statistika
  • 17-08-2026, 15:18
    Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
  • 17-08-2026, 11:24
    Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
  • 15-08-2026, 12:00
    Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb
  • 14-08-2026, 19:21
    Naxçıvanın inkişafı və Azərbaycanın strateji gələcəyi
  • 14-08-2026, 18:00
    Masallıda Rayon İcra Başçısı səyyar görüş-qəbul keçirdi
  • 14-08-2026, 16:32
    Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın! – DİN
  • 13-08-2026, 20:02
    Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin səfərindən əsas mesajlar
  • 13-08-2026, 19:13
    Rayon rəhbəri şəhid anasını evində ziyarət etdi
  • 13-08-2026, 14:55
    Masallı RİH başçısı vətəndaş qəbulu keçirdi
  • 13-08-2026, 14:40
    Naxçıvan: yeni strateji inkişaf məkanı
  • 12-08-2026, 17:40
    Masallıda rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət edib
  • 12-08-2026, 16:55
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Tüklə ərazisinin Məmmədoba kəndində sakinlərlə səyyar görüş-qəbul keçirib
  • 12-08-2026, 13:10
    Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
  • 11-08-2026, 21:44
    Millət vəkili Məşhur Məmmədovdan şəhid ailəsinə növbəti diqqət və qayğı
  • 11-08-2026, 18:12
    İcra başçısı Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
  • 11-08-2026, 17:55
    Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə aparılan asfaltlanma işləri ilə tanış olub
  • 11-08-2026, 17:37
    Masallıda Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
  • 11-08-2026, 13:22
    Masallıda Təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir
  • 11-08-2026, 11:57
    Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
  • 11-08-2026, 11:43
    Lənkəranda yol polisinin qanuni tələblərinə qəsdən tabe olmayan sürücü həbs edilib
  • 8-08-2026, 13:33
    Masallı – 96 illik inkişaf və tərəqqi yolu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Rəmzi Şahverdiyev
  • Tel: (+9945) 737 77 76
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. CenubMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə