• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Masallıda 26 İyun – Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Günlə bağlı maarifləndirici tədbir keçirilmişdir

Gündəm / Cəmiyyət

11-06-2026, 15:30

26 İyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbiri açan Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Komissiyasının sədri Tohid Hüseynov çıxışında vurğulamışdır ki, narkomaniyanın bəşəriyyət üçün böyük təhlükə olduğunu dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 26 iyun tarixi “Narkomaniyaya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edilmişdir.

Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, proqramın əsas məqsədi narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın genişləndirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə edilərək sağlam həyata qaytarılmasının təmin olunmasıdır.

Tohid Hüseynov qeyd etmişdir ki, ötən əsrin ortalarından etibarən narkomaniya müxtəlif xalqların genofonduna ciddi zərbə vuran, qarşısıalınmaz təhlükəyə və ümumbəşəri bəlaya çevrilmişdir. Azərbaycan da dünyanın bir parçası olaraq narkomaniyanın ağır nəticələrindən zərər görür. Azərbaycan dövləti bu ümumbəşəri problemin qarşısının alınması məqsədilə ardıcıl tədbirlər həyata keçirir, beynəlxalq təşkilatlar və dünya ölkələri ilə birgə mübarizə aparır. Qeyd olunmuşdur ki, güclü təsirə malik narkotik vasitələri bir dəfə qəbul edən şəxsin ondan uzaqlaşması olduqca çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu onlardan heç vaxt istifadə etməmək və bu vasitələrdən uzaq durmaqdır.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi, Rayon Komissiyasının katibi Azər Bəhmənov çıxış edərək qeyd etmişdir ki, cəmiyyət həyatının bütün sahələrində əldə olunan nailiyyətlərlə yanaşı, insanların sosial, iqtisadi və mənəvi dəyərlərinə ciddi zərbə vuran narkomaniya və narkobiznes problemi xüsusi narahatlıq doğurur. Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin külli miqdarda asan gəlir əldə etmək üçün vasitəyə çevrildiyi diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, Dövlət Proqramına uyğun olaraq 2026-cı il ərzində Rayon Komissiyası tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirilmişdir. “Narkomaniya yer üzünün cəhənnəmidir” adlı sənədli filmlər, marixuana və psixotrop maddələr haqqında bukletlər, broşürlər və digər maarifləndirici materiallar təhsil müəssisələrinə, idman və gənclər təşkilatlarına təqdim olunmuş, məktəbli və gənclərə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilmişdir.


Sonra çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov bildirmişdir ki, rayon polis şöbəsi tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparılır. Cari ilin ötən dövrü ərzində qanunsuz dövriyyədən ümumilikdə 63 kiloqram narkotik vasitə götürülmüşdür.

Həmçinin narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və yabanı halda bitən sahələrin aşkarlanaraq məhv edilməsi istiqamətində yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər dövlət və ictimai qurumların polis orqanlarına dəstəyinin vacibliyi qeyd edilmişdir. İxtiyar Talıbov çıxışında yetkinlik yaşına çatmayan şəxslər arasında narkotiklərlə bağlı hüquqpozmalara qarşı profilaktik tədbirlərin gücləndirildiyini, bu istiqamətdə yerli icra hakimiyyəti orqanları, təhsil müəssisələri, əmək kollektivləri və aidiyyəti komissiyalar arasında əməkdaşlığın genişləndirildiyini diqqətə çatdırmışdır.


Tədbirdə çıxış edən Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev qeyd etmişdir ki, təhsil müəssisələri uşaqların, yeniyetmələrin və gənclərin maariflənməsində, şəxsiyyətlərinin formalaşmasında və sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır. Buna görə də ümumtəhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə üsulları və narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Məktəblərdə narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlarla bağlı mütəmadi məlumatlandırma işləri aparılır, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil edilir, inşa müsabiqələri keçirilir, aidiyyəti qurumların nümayəndələri məktəblərə dəvət olunaraq şagirdlərlə görüşlər keçirirlər.

Qeyd olunmuşdur ki, 2026-cı ilin ötən dövrü ərzində təhsilalanları narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ hallardan çəkindirmək, məktəblilərin təhsilə, elmə və idmana marağını artırmaq məqsədilə keçirilən müxtəlif tədbirlərdə hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən ətraflı məlumat verilmişdir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-06-2026, 11:31

Masallıda 26 aprel – 31 may tarixlərində görülən işlər

Gündəm / Cəmiyyət

18-05-2026, 10:35

18 May - Beynəlxalq Muzeylər Günüdür

Araşdırma / Müsahibə

4-05-2026, 22:22

Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü

Cəmiyyət

2-06-2026, 11:41

Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə qayğı davam edir

Gündəm / Cəmiyyət

10-06-2026, 11:13

15 iyun xalqımızın şanlı qurtuluş günüdür

Cəmiyyət

23-05-2026, 08:35

Müstəqilliyimiz Əbədidir, Dönməzdir, Sarsılmazdır!

Gündəm / Cəmiyyət

6-05-2026, 15:15

Masallıda növbəti səyyar görüş-qəbul: Rayon rəhbəri tərəfindən müraciətlər dinlənildi, tapşırıqlar verildi

Siyasət

28-04-2026, 12:00

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri

Cəmiyyət

2-06-2026, 10:55

Masallıda Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə yardımlar göstərilib

Gündəm / Cəmiyyət

21-05-2026, 15:11

“Heydər Əliyev və müstəqil Azərbaycan”

Gündəm / Cəmiyyət

10-06-2026, 17:37

“Masallı rayon Ağsaqqallar Şurasının 5 illik fəaliyyətinə dair hesabat seçki konfransı” keçirildi

Gündəm / Cəmiyyət

25-05-2026, 22:39

Kənd Təsərrüfatının İnkişafı Azərbaycanın Gələcəyidir

Gündəm / Cəmiyyət

4-05-2026, 15:44

Masallıda korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirildi -04/05/2026

---

24-05-2026, 19:14

28 May Müstəqillik Günü Azərbaycanın dövlətçilik tarixində böyük siyasi və tarixi əhəmiyyətə malikdir

Gündəm / Cəmiyyət / Maraqlı

26-05-2026, 15:55

Masallıda 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqillikdən Zəfərə” mövzusunda tədbir keçirilib

Araşdırma
Kiberdələduzluq hallarına qarşı diqqətli olaq!
Lənkəran-Astara iqtisadi rayonunda ən yüksək pensiya harada verilir? - rayon və şəhərlər - STATİSTİKA
Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olundu
Masallı rayonunda 2026-cı ilin ilk yarısına dair demoqrafik göstəricilər açıqlanıb - Statistika
Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
Hadisə
20-07-2026, 11:09
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
1-07-2026, 11:11
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
28-06-2026, 10:16
Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
18-06-2026, 11:10
Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib
13-06-2026, 18:13
Masallıda inzibati xəta törətmiş şəxs barəsində həbs qərarı çıxarılıb
12-06-2026, 16:16
Masallı rayon İcra Hakimiyyəti qərəzli və böhtan xarakterli məlumatlara münasibət bildirib
Son xəbərlər
  • Сегодня, 10:58
    26 Avqust – Laçın Şəhəri Günü
  • Вчера, 15:30
    Ortaq köklər, qarşılıqlı hörmət və strateji müttəfiqlik
  • 23-08-2026, 14:00
    Masallıda Şəhid Cəmil Eyvazovun əziz xatirəsi yad edilib
  • 21-08-2026, 22:21
    “Azərbaycan-Özbəkistan dostluğu türk dünyasının birlik və həmrəyliyinə töhfədir”
  • 21-08-2026, 14:39
    Kiberdələduzluq hallarına qarşı diqqətli olaq!
  • 21-08-2026, 14:27
    İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
  • 20-08-2026, 10:55
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulu keçirdi
  • 19-08-2026, 20:00
    Lənkəran-Astara iqtisadi rayonunda ən yüksək pensiya harada verilir? - rayon və şəhərlər - STATİSTİKA
  • 19-08-2026, 16:22
    Masallıda Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət edib
  • 19-08-2026, 15:11
    Masallı rayon İcra Hakimiyətinin başçısı Lürən ərazisində sakinlərlə səyyar görüş-qəbul keçirdi
  • 18-08-2026, 17:27
    Masallıda ekoloji maarifləndirmə məqsədilə xəbərdaredici lövhələr quraşdırılıb
  • 18-08-2026, 11:55
    Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
  • 18-08-2026, 09:35
    700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olundu
  • 18-08-2026, 09:19
    Masallı rayonunda 2026-cı ilin ilk yarısına dair demoqrafik göstəricilər açıqlanıb - Statistika
  • 17-08-2026, 15:18
    Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
  • 17-08-2026, 11:24
    Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
  • 15-08-2026, 12:00
    Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb
  • 14-08-2026, 19:21
    Naxçıvanın inkişafı və Azərbaycanın strateji gələcəyi
  • 14-08-2026, 18:00
    Masallıda Rayon İcra Başçısı səyyar görüş-qəbul keçirdi
  • 14-08-2026, 16:32
    Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın! – DİN
  • 13-08-2026, 20:02
    Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin səfərindən əsas mesajlar
  • 13-08-2026, 19:13
    Rayon rəhbəri şəhid anasını evində ziyarət etdi
  • 13-08-2026, 14:55
    Masallı RİH başçısı vətəndaş qəbulu keçirdi
  • 13-08-2026, 14:40
    Naxçıvan: yeni strateji inkişaf məkanı
  • 12-08-2026, 17:40
    Masallıda rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət edib
  • 12-08-2026, 16:55
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Tüklə ərazisinin Məmmədoba kəndində sakinlərlə səyyar görüş-qəbul keçirib
  • 12-08-2026, 13:10
    Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
  • 11-08-2026, 21:44
    Millət vəkili Məşhur Məmmədovdan şəhid ailəsinə növbəti diqqət və qayğı
  • 11-08-2026, 18:12
    İcra başçısı Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
  • 11-08-2026, 17:55
    Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə aparılan asfaltlanma işləri ilə tanış olub
  • 11-08-2026, 17:37
    Masallıda Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
  • 11-08-2026, 13:22
    Masallıda Təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir
  • 11-08-2026, 11:57
    Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
  • 11-08-2026, 11:43
    Lənkəranda yol polisinin qanuni tələblərinə qəsdən tabe olmayan sürücü həbs edilib
  • 8-08-2026, 13:33
    Masallı – 96 illik inkişaf və tərəqqi yolu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Rəmzi Şahverdiyev
  • Tel: (+9945) 737 77 76
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. CenubMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə