• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

18 May - Beynəlxalq Muzeylər Günüdür

Gündəm / Cəmiyyət

18-05-2026, 10:35

Beynəlxalq Muzeylər Şurasının (ICOM) xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis etdiyi bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Bölünmüş dünyanı muzeylər birləşdirir” devizi seçilib.

ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. pizza hut

"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmizin ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.

Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü - dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.

Canlı muzey olan və bu gün düşməndən azad edilən Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib.

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.

Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.

Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

Hər il olduğu kimi bu il də 18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində muzeylərimizdə silsilə tədbirlər keçiriləcək.

Paylaş:
Digər xəbərlər

Araşdırma / Müsahibə

4-05-2026, 22:22

Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü

Siyasət

28-04-2026, 12:00

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri

Siyasət

28-04-2026, 16:36

Strateji tərəfdaşlığa doğru: Azərbaycan və Çexiya liderlərinin Bakıda verdiyi mesajlar - 28/04/2026

Gündəm / Cəmiyyət

3-05-2026, 10:15

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

Gündəm / Cəmiyyət

13-05-2026, 16:01

Həftəsonu bu imtahanlar keçiriləcək

Gündəm / Cəmiyyət

14-05-2026, 18:00

Masallıda “Güclü Qızlar, Sağlam Gələcək” adlı maarifləndirici tədbir keçirildi

Cəmiyyət / Maraqlı

7-05-2026, 16:33

Masallıda yetkinlik yaşına çatmayanların maarifləndirilməsi ilə bağlı tədbir keçirildi

Maraqlı

27-04-2026, 21:41

May ayında 14 qeyri-iş günü olacaq

Cəmiyyət / İdman

3-05-2026, 16:32

“Bakı Marafonu–2026” - 03/05/2026

Gündəm / Cəmiyyət / Maraqlı

7-05-2026, 16:55

Masallıda miqrasiya qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirildi

Dünya

29-04-2026, 15:44

Neyrobioloq beyni gücləndirən 6 sadə vərdişi açıqlayıb" - "Gentlemen’s Quarterly" (ABŞ)

İdman

2-05-2026, 21:27

Lənkəranda WUF13 Festivalı başlayıb - Fotolar

İdman

3-05-2026, 11:07

Lənkəranda WUF13 Festivalı başlayıb - Fotolar

Araşdırma / Cəmiyyət

9-05-2026, 10:26

Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı - Həzi Aslanov

---

4-05-2026, 14:40

İşləyən pensiyaçılar üçün yeni hesablanma qaydaları nə vəd edir? ŞƏRH

Araşdırma
Kiberdələduzluq hallarına qarşı diqqətli olaq!
Lənkəran-Astara iqtisadi rayonunda ən yüksək pensiya harada verilir? - rayon və şəhərlər - STATİSTİKA
Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olundu
Masallı rayonunda 2026-cı ilin ilk yarısına dair demoqrafik göstəricilər açıqlanıb - Statistika
Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
Hadisə
20-07-2026, 11:09
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
1-07-2026, 11:11
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
28-06-2026, 10:16
Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
18-06-2026, 11:10
Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib
13-06-2026, 18:13
Masallıda inzibati xəta törətmiş şəxs barəsində həbs qərarı çıxarılıb
12-06-2026, 16:16
Masallı rayon İcra Hakimiyyəti qərəzli və böhtan xarakterli məlumatlara münasibət bildirib
Son xəbərlər
  • Сегодня, 10:58
    26 Avqust – Laçın Şəhəri Günü
  • Вчера, 15:30
    Ortaq köklər, qarşılıqlı hörmət və strateji müttəfiqlik
  • 23-08-2026, 14:00
    Masallıda Şəhid Cəmil Eyvazovun əziz xatirəsi yad edilib
  • 21-08-2026, 22:21
    “Azərbaycan-Özbəkistan dostluğu türk dünyasının birlik və həmrəyliyinə töhfədir”
  • 21-08-2026, 14:39
    Kiberdələduzluq hallarına qarşı diqqətli olaq!
  • 21-08-2026, 14:27
    İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
  • 20-08-2026, 10:55
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulu keçirdi
  • 19-08-2026, 20:00
    Lənkəran-Astara iqtisadi rayonunda ən yüksək pensiya harada verilir? - rayon və şəhərlər - STATİSTİKA
  • 19-08-2026, 16:22
    Masallıda Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət edib
  • 19-08-2026, 15:11
    Masallı rayon İcra Hakimiyətinin başçısı Lürən ərazisində sakinlərlə səyyar görüş-qəbul keçirdi
  • 18-08-2026, 17:27
    Masallıda ekoloji maarifləndirmə məqsədilə xəbərdaredici lövhələr quraşdırılıb
  • 18-08-2026, 11:55
    Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
  • 18-08-2026, 09:35
    700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olundu
  • 18-08-2026, 09:19
    Masallı rayonunda 2026-cı ilin ilk yarısına dair demoqrafik göstəricilər açıqlanıb - Statistika
  • 17-08-2026, 15:18
    Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
  • 17-08-2026, 11:24
    Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı
  • 15-08-2026, 12:00
    Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb
  • 14-08-2026, 19:21
    Naxçıvanın inkişafı və Azərbaycanın strateji gələcəyi
  • 14-08-2026, 18:00
    Masallıda Rayon İcra Başçısı səyyar görüş-qəbul keçirdi
  • 14-08-2026, 16:32
    Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın! – DİN
  • 13-08-2026, 20:02
    Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin səfərindən əsas mesajlar
  • 13-08-2026, 19:13
    Rayon rəhbəri şəhid anasını evində ziyarət etdi
  • 13-08-2026, 14:55
    Masallı RİH başçısı vətəndaş qəbulu keçirdi
  • 13-08-2026, 14:40
    Naxçıvan: yeni strateji inkişaf məkanı
  • 12-08-2026, 17:40
    Masallıda rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət edib
  • 12-08-2026, 16:55
    Masallı rayon İcra Hakimiyyətinin başçısı Tüklə ərazisinin Məmmədoba kəndində sakinlərlə səyyar görüş-qəbul keçirib
  • 12-08-2026, 13:10
    Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
  • 11-08-2026, 21:44
    Millət vəkili Məşhur Məmmədovdan şəhid ailəsinə növbəti diqqət və qayğı
  • 11-08-2026, 18:12
    İcra başçısı Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
  • 11-08-2026, 17:55
    Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə aparılan asfaltlanma işləri ilə tanış olub
  • 11-08-2026, 17:37
    Masallıda Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
  • 11-08-2026, 13:22
    Masallıda Təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir
  • 11-08-2026, 11:57
    Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
  • 11-08-2026, 11:43
    Lənkəranda yol polisinin qanuni tələblərinə qəsdən tabe olmayan sürücü həbs edilib
  • 8-08-2026, 13:33
    Masallı – 96 illik inkişaf və tərəqqi yolu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Rəmzi Şahverdiyev
  • Tel: (+9945) 737 77 76
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. CenubMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə