
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov I Qarabağ müharibəsi şəhidi Ələddin Ağayevin və antiterrorəməliyyatı şəhidi Məmmədov Ramil Habil oğlununvalideynlərinin yaşadığı küçədə aparılan asfaltlanma işləriilə yerində tanış olub.
Rayon rəhbəri eyni zamanda şəhid atası BahəddinAğayevi ziyarət edib, onun səhhəti ilə maraqlanıb vəailənin qayğılarını dinləyib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovşəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onlarınmüraciətlərinin operativ həlli və hərtərəfli dəstəklə əhatəolunmasının daim diqqət mərkəzində saxlanıldığınıvurğulayıb. O, aidiyyəti qurumların nümayəndələrinəailənin qaldırdığı məsələlərin araşdırılması vəqanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı müvafiqtapşırıqlar verib.
Şəhid ailəsinin üzvləri onlara göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevə və Birinci vitse-prezident Mehribanxanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, dövləttərəfindən şəhid ailələrinə göstərilən davamlı sosialdəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər.





