• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ortaq köklər, qarşılıqlı hörmət və strateji müttəfiqlik

Gündəm / Cəmiyyət

24-08-2026, 15:30


Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu gün bölgənin aparıcı dövlətinə və əsas söz sahibinə çevrilib. Ölkəmiz bir çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir.Hazırda Azərbaycan öz suverenliyini, təhlükəsizliyini və milli maraqlarını tam təmin etməklə yanaşı, həm də regional və qlobal miqyasda mühüm siyasi xətt yürüdür. Bütün ölkələrlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipinə əsaslanan bu siyasi kurs xüsusilə Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas hərəkətverici qüvvəsinə çevrilib. Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan irimiqyaslı energetika, nəqliyyat və logistika layihələri təkcə Avrasiya məkanında təhlükəsizliyə töhfə vermir, həm də geniş coğrafiyada iqtisadi inteqrasiyanı sürətləndirir.

Azərbaycanın xarici siyasət prioritetləri sırasında Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi yer tutur. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan və özbək xalqlarını ortaq din, dil, adət-ənənə, mədəniyyət və tarixi yaxınlıq bir-birinə sıx birləşdirir. İndiyə qədər Azərbaycan və Özbəkistan arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edib və ölkələrimiz ən vacib məsələlərdə daim bir-birinə dəstək göstəriblər.

Qədim tarixə, yaxın adət-ənənələrə malik Azərbaycan-Özbəkistan arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalanıb.

Qeyd edilməlidir ki, Ulu Öndərin özbək liderlərlə səmimi dostluğu bu münasibətlərin təməlini qoyub, gələcək inkişaf perspektivlərini müəyyənləşdirib və bu strateji xətt Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində keyfiyyətcə yeni müstəviyə daşınıb. İki ölkə liderinin şəxsi dostluğu və qarşılıqlı etimadı dövlətlərarası əlaqələrin sürətli inkişafında həlledici rol oynayır. Dövlətimizin başçısı bu xüsusa belə diqqət çəkib: "Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır".

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dövlətlərarası əlaqələrin ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilib. Strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksələn bu əlaqələrdə Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək siyasi etimad, ardıcıl qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar mühüm rol oynayıb. Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib.

Qarşılıqlı etimad iqtisadi və ticari sahədə də əksini tapır. İkitərəfli ticarət dövriyyəsi sürətlə artır. 500 milyon dollar kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəal layihələr həyata keçirir. Avtomobil sənayesi, energetika, "yaşıl enerji" və nəqliyyat-logistika sahələrində sıx əməkdaşlıq mövcuddur. İki ölkənin coğrafi mövqeyi Şərqlə Qərbi birləşdirən Orta dəhliz çərçivəsində yükdaşımaların həcmini artırmağa imkan verir. Prezident İlham Əliyev müsahibəsində iqtisadi əlaqələrin inkişaf tempini belə ifadə edib: "İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb".

İkitərəfli münasibətlərin vacib elementlərindən biri də hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsidir. İki ölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyət planlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və hərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlar regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında müstəsna rol oynayır.
Ölkələrimiz arasında mədəni, humanitar və təhsil sahəsindəki qardaşlıq əlaqələrinin genişlənir və bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə türk dünyasının dahi oğlu Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak etmələri xüsusi vurğulanmalıdır. Göründüyü kimi qədim tarixə, yaxın adət-ənənələrə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri yeni dövrün çağırışlarına uyğun olaraq uğurla inkişaf edir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri isə iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək.Səfər çərçivəsində tərəflər arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən bir sıra əhəmiyyətli sənədlərin imzalanması da həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 220-yə yaxın sənəd imzalanıb, bir neçə sənəd layihələrinə baxılmaqdadır.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ortaq köklərə, qarşılıqlı hörmətə və strateji müttəfiqliyə söykənərək yüksələn xətlə inkişaf edir. Dövlətlərimiz arasında imzalanmış çoxsaylı sənədlər və iki ölkə liderinin siyasi iradəsi bu əməkdaşlığı daha sarsılmaz edir. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənərək əsrlərdən gələn bu dostluq və qardaşlıq münasibətləri bundan sonra da möhkəmlənərək həm xalqlarımızın rifahının yaxşılaşmasına, həm də bütün türk dünyasının güclənməsinə xidmət edəcək.

Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

2-08-2026, 21:21

Azərbaycan–Qırğızıstan münasibətləri Orta Dəhlizin inkişafına təkan verir

Cəmiyyət

3-08-2026, 11:38

Azərbaycan-Qızğızıstan münasibətlərində yeni mərhələ

Siyasət

16-07-2026, 17:32

Siyasi dialoqun və strateji tərəfdaşlığın inkişafında yeni mərhələ

Gündəm / Cəmiyyət

15-06-2026, 14:27

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub

Cəmiyyət

13-08-2026, 20:02

Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin səfərindən əsas mesajlar

Siyasət

22-07-2026, 16:45

Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti

Gündəm / Cəmiyyət

14-07-2026, 10:26

Şuşadan Azərbaycanın yeni geosiyasi mesajları verildi

Gündəm

21-08-2026, 22:21

“Azərbaycan-Özbəkistan dostluğu türk dünyasının birlik və həmrəyliyinə töhfədir”

Cəmiyyət

13-08-2026, 14:40

Naxçıvan: yeni strateji inkişaf məkanı

Siyasət

28-04-2026, 16:36

Strateji tərəfdaşlığa doğru: Azərbaycan və Çexiya liderlərinin Bakıda verdiyi mesajlar - 28/04/2026

Siyasət / Cəmiyyət

12-06-2026, 13:51

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə Qardaşlığının Yeni Mərhələsi

Siyasət

28-04-2026, 12:00

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri

Araşdırma / Müsahibə

4-05-2026, 22:22

Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü

Gündəm / Cəmiyyət

18-05-2026, 10:35

18 May - Beynəlxalq Muzeylər Günüdür

Gündəm / İqtisadiyyat

2-06-2026, 14:08

Bakı Enerji Həftəsi Azərbaycanın Enerji Liderliyinin Təsdiqidir

Araşdırma
Bu şəxslərin pensiyası daha çox artacaq
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə
26-09-2026, 11:41
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
25-09-2026, 15:33
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
24-09-2026, 15:22
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
21-09-2026, 10:59
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
20-07-2026, 11:09
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
1-07-2026, 11:11
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
Son xəbərlər
  • Вчера, 19:03
    Masallıda rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
  • Вчера, 16:59
    Masallıda İcra Hakimiyyətinin başçısı səyyar görüş-qəbul keçirdi
  • Вчера, 10:34
    Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər
  • Вчера, 08:39
    Azərbaycan–Kamboca münasibətlərinin gələcək perspektivləri
  • 13-10-2026, 15:50
    Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ikitərəfli münasibətlər uğurla davam edir
  • 13-10-2026, 12:23
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • 12-10-2026, 16:43
    Milli dəyərlərə bağlılıq, dünyəvilik və ictimai həmrəylik - DEPUTAT
  • 10-10-2026, 18:55
    REGİON GƏNCLƏRİNİN TƏHSİLDƏN ƏMƏK HƏYATINA KEÇİD İMKANLARI
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 9-10-2026, 17:37
    “PeşəFest-2026” - Masallıda
  • 8-10-2026, 19:21
    Masallıda şəhid məzarları ziyarət edildi
  • 8-10-2026, 15:57
    Masallıda rayon rəhbəri Əhmədli kəndində səyyar qəbul keçirib
  • 7-10-2026, 16:41
    Masallı şəhər 1 saylı tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirildi
  • 7-10-2026, 16:30
    Bu şəxslərin pensiyası daha çox artacaq
  • 6-10-2026, 16:13
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
  • 5-10-2026, 16:00
    YAP-ın VIII qurultayı yeni dövrün strateji hədəflərini müəyyənləşdirir
  • 5-10-2026, 13:15
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisə olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
  • 4-10-2026, 17:17
    Masallıda Sərbəst və Yunan-Roma güləşi idman növləri üzrə Lənkəran-Astara region açıq turnirinin açılış mərasimi keçirilib
  • 4-10-2026, 11:22
    Cəbrayıl: Dağıntılardan dirçəlişə uzanan Böyük Qayıdış yolu
  • 3-10-2026, 16:44
    3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • 3-10-2026, 16:44
    3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • 2-10-2026, 18:49
    Masallı RİH başçısı Ərkivan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət edib
  • 2-10-2026, 18:20
    Masallı rayon rəhbəri Ərkivan qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib
  • 2-10-2026, 16:16
    “Masallı Təhsil Fondu” qızların ali təhsilinə dəstək missiyasını davam etdirir
  • 2-10-2026, 10:00
    Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
  • 1-10-2026, 16:34
    Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir keçirilib
  • 1-10-2026, 15:45
    Masallı Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
  • 30-09-2026, 14:44
    Qüdrətli Azərbaycanın memarı - ŞƏRH
  • 29-09-2026, 19:41
    Masallıda Rayon rəhbəri Qəzvinoba kəndində bərpa olunan körpüyə yerində baxış keçirib
  • 29-09-2026, 10:50
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 28-09-2026, 23:45
    Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı
  • 28-09-2026, 19:30
    Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub
  • 28-09-2026, 15:00
    Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və yeni investisiya imkanları.
  • 28-09-2026, 13:33
    Millət vəkili Məşhur Məmmədov Masallıda məktəbdə olub, şagirdlərlə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Rəmzi Şahverdiyev
  • Tel: (+9945) 737 77 76
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. CenubMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə