
Milli Məclisin deputatı Məşhur Məmmədov şəhid ailələrinə göstərdiyi diqqət və qayğını davam etdirir.
Deputatın tapşırığına əsasən nümayəndələri Masallı rayonunun Hüseynhacılı kəndində Vətən müharibəsi şəhidi Elçin Novruzovun doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub.
Qeyd edək ki, deputat Məşhur Məmmədovun təşəbbüsü ilə şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların qayğı və problemləri ilə maraqlanılır.

