
Masallı rayonunun Yeyənkənd kəndində Vətən uğrunda canından keçmiş şəhid Cəmil Eyvazov İsmayıl oğlunun anım günü qeyd olunub.
Anım mərasimində Masallı RİH-nin sektor müdirləri Nahid Həsənov və Qəşəm Hadıyev, Yeyənkənd ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri və kənd ağsaqqalları iştirak ediblər. Şəhid Cəmil Eyvazovun əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər şəhidin həyat və döyüş yolundan, Vətən qarşısında göstərdiyi misilsiz fədakarlıqdan söz açıblar. Bildirilib ki, Cəmil Eyvazov kimi qəhrəman oğullarımızın adı və əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.