
Masallı Rayon Statistika İdarəsi tərəfindən 2026-cı il iyulun 1-i vəziyyətinə Lənkəran-Astara iqtisadi rayonu və inzibati ərazi vahidləri üzrə pensiya təminatının göstəriciləri açıqlanıb.
Lənkəran-Astara iqtisadi rayonunda təyin olunmuş pensiyaların orta aylıq məbləği 452,81 manat təşkil edib.
İqtisadi rayonun inzibati ərazi vahidləri üzrə ən yüksək orta aylıq pensiya məbləği Lerik rayonunda qeydə alınıb. Lerik rayonunda təyin olunmuş pensiyaların orta aylıq məbləği 461,34 manat olub. Ən aşağı göstərici isə Astara rayonunda qeydə alınıb.Astara rayonunda təyin olunmuş pensiyaların orta aylıq məbləği 449,19 manat olub.
Cəlilabad rayonunda təyin olunmuş pensiyaların orta aylıq məbləği 454,93 manat, Lənkəran rayonunda 452,70 manat, Yardımlı rayonunda 451,71 manat, Masallı rayonunda isə 449,68 manat təşkil edib.
İyulun 1-i vəziyyətinə Lənkəran-Astara iqtisadi rayonunda pensiyaçıların sayı 83 351 nəfər olub.
Masallı Rayon Statistika İdarəsi