
17 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar iştirak edərək onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Görüş zamanı vətəndaşlar əsasən sosial-məişət məsələləri, məşğulluq və digər mövzular üzrə müraciətlər ediblər.
Belə ki, Çaxırlı kənd sakini məşğulluq məsələsi ilə bağlı müraciət edib.

Qarğalıq kənd sakini pensiya yaşının çatması ilə əlaqədar pensiya təyinatı və bu istiqamətdə yaranan çətinliyin aradan qaldırılması ilə bağlı köməklik göstərilməsini xahiş edib.

Qədirli kənd sakini Elm və Təhsil məsələləri ilə bağlı müraciətini rayon rəhbərinin diqqətinə çatıdırb.

Eminli kənd sakini məşğulluq məsələləri ilə bağlı müraciət edib.

Qarğalıq kənd sakini səhiyyə məsələləri ilə bağlı müraciətini səsləndirib.

Boradigah qəsəbə sakini Dövlət Sosial Müdafiə Fondu ilə bağlı aidiyyatı məsələni rayon rəhbərinin diqqətinə çatdırıb.

Sığdaş kənd sakini isə kənd ərazisində körpünün salınması ilə bağlı müraciət edərək köməklik göstərilməsini xahiş edib.

Rayon rəhbəri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bir sıra müraciətlər yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq struktur bölmələrinə göstərişlər verilib və icrası nəzarətə götürülmüşdür.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulunu yekunlaşdıraraq keçirilən görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, vətəndaş müraciətlərinin operativ və şəffaf şəkildə araşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.