
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbul zamanı rayon sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Belə ki,
Yeyənkənd kənd sakini – səhhəti ilə bağlı müraciət edib.
Masallı şəhər sakini – maddi köməklik göstərilməsi ilə bağlı müraciət edib.

Öncəqala kənd sakini – kənddə mərasim evinin tikilməsi ilə bağlı müraciət səsləndirib.

Çaxırlı kənd sakini – dövlət sosial müdafiəsi məsələsi ilə bağlı müraciət edib.

Dəlləkli kənd sakini – qəbiristanlıq ərazisi ilə bağlı qeyd etdiyi məsələnin həll olunmasını xahiş edib.

Həsənli kənd sakini – maddi dəstək göstərilməsi ilə bağlı müraciət edib.

Növbəti vətəndaş müraciəti Masallı-Lənkəran marşrut xətti ilə bağlı olub.

Şıxlar kənd sakini – yararsız vəziyyətdə olan işıq dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət edib.

Şərəfə kənd sakini – kəndə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət səsləndirib.

Növbəti Şərəfə kəndindən olan digər vətəndaş səhhəti ilə əlaqədar əməliyyat olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət edib.

Təklə kənd sakini – torpaq məsələsi ilə bağlı müraciət edib.
Vətəndaşlar tərəfindən qaldırılan digər məsələlər də rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib.
Qəbul zamanı səsləndirilən müraciətlərin hər biri diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digərlərinin araşdırılması və həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.