• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi

Cəmiyyət

25-09-2026, 18:01

25 sentyabr 2026-cı il tarixində Masallı rayonunun Qızılağac kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Masallı rayonunda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib.

Müşavirəni giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açıb. Rayon rəhbəri çıxışında Dövlət Proqramının ölkənin aqrar sektorunun inkişafında qarşıya yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb, sənəddə müəyyənləşdirilmiş istiqamətlərin Masallı rayonunda ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Rayon rəhbəri Masallının kənd təsərrüfatı potensialından, rayonun tərəvəzçilik və çəltikçilik sahələrində formalaşmış ənənələrindən danışaraq bu istiqamətlərdə istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, müasir aqrotexniki üsulların tətbiqinin genişləndirilməsi və fermerlərin qarşılaşdıqları məsələlərin aidiyyəti qurumlarla birgə həllinin əhəmiyyətini qeyd edərək bildirib ki, kənd təsərrüfatının inkişafı yalnız istehsal sahələrinin genişləndirilməsi ilə məhdudlaşmır. Bu prosesdə suvarma infrastrukturunun yaxşılaşdırılması, texnika və avadanlıqlarla təminatın gücləndirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması, məhsulların emalı və satış imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan Dövlət Proqramının qarşıdakı illər üçün konkret və ardıcıl fəaliyyət istiqamətləri müəyyən etməsi fermerlər üçün əlavə imkanlar yaradır. Dövlət Proqramında aqrar məhsulların istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyən olunub. 

Sonra Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev məruzə ilə çıxış edib. O, rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Məruzədə fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, məhsuldarlığın artırılması, əkin sahələrindən səmərəli istifadə olunması, müasir aqrotexniki tədbirlərin tətbiqi və aqrar sahədə dövlət dəstəyindən daha geniş yararlanma məsələlərinə toxunulub.

Müşavirədə İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin rəisi Elvin Nəhmətov da çıxış edib. O, xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanları barədə məlumat verib. Aqrar sahədə yeni investisiya layihələrinin həyata keçirilməsi, mövcud təsərrüfatların genişləndirilməsi və istehsal potensialının artırılması üçün maliyyə dəstəyinin əhəmiyyətini diqqətə çatdırıb.

Əkin sahələrinin suvarma suyu ilə təmin olunması məsələsi də müşavirənin əsas müzakirə mövzularından olub. Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov çıxış edərək rayon ərazisində suvarma sistemlərinin mövcud vəziyyəti, əkin sahələrinin su ilə təmin olunması, suvarma zamanı qarşıya çıxan məsələlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov isə əkin və məhsul yığımı mövsümlərində fermerlərin kənd təsərrüfatı texnikası ilə təmin olunması məsələsinə toxunub. O, texnikadan istifadə imkanları, mövcud problemlər və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Müşavirənin davamında fermerlərin fikirləri dinlənilib. Qızılağac kəndindən Zamin Abbasov, Ərkivan qəsəbəsindən Aydın Nuraliyev, Xıl kəndindən Nazim İslamov və digər fermerlər çıxış edərək kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün yaradılan imkanlardan, dövlət dəstəyinin əhəmiyyətindən və yeni Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrdən danışıblar. 

Fermerlər bildiriblər ki, kənd təsərrüfatının inkişafına göstərilən dövlət diqqəti onların istehsal imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Onlar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin fermerlər üçün əlçatan olmasının, aqrar sahədə çalışan insanların qarşılaşdıqları məsələlərin aidiyyəti qurumlarla müzakirə edilməsinin və praktik həll yollarının müəyyənləşdirilməsinin vacibliyini qeyd ediblər.


Çıxışlarda, həmçinin Masallıda tərəvəzçilik və çəltikçilik sahələrinin daha da genişləndirilməsi, əkin sahələrinin səmərəli istifadəsi, məhsuldarlığın yüksəldilməsi, suvarma və texnika təminatının yaxşılaşdırılması, fermerlərin güzəştli kredit imkanlarından yararlanması və istehsal olunan məhsulların emalı və satış imkanlarının artırılması ilə bağlı təkliflər səsləndirilib.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasını, intensiv və rəqabətqabiliyyətli istehsala keçidin sürətləndirilməsini, dəyər zəncirlərinin inkişaf etdirilməsini və fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini əsas hədəflər sırasında müəyyən edir.

Müşavirənin sonunda kənd təsərrüfatının inkişafı, əkin sahələrinin səmərəli istifadəsi, tərəvəzçilik və çəltikçilik sahələrinin genişləndirilməsi, fermerlərin maliyyə və texniki imkanlarının artırılması, suvarma suyu ilə təminat, kənd təsərrüfatı texnikasına çıxış və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.


Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

16-06-2026, 19:00

Lənkəran-Astara iqtisadi rayonunda aqrar inkişafla bağlı regional müşavirə keçirilib

İqtisadiyyat

10-09-2026, 21:56

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib

Cəmiyyət

23-09-2026, 17:17

Dağ-mədən sənayesi iqtisadi gəlirlərin yeni mənbəyinə çevrilir

---

29-07-2026, 16:36

Masallıda kartof və taxıl yığımının yekunları, növbəti əkin mövsümü qarşısında duran vəzifələr müzakirə olunub

Cəmiyyət

13-08-2026, 20:02

Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin səfərindən əsas mesajlar

Gündəm / Cəmiyyət

25-08-2026, 14:28

Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyinə töhfə verir

Cəmiyyət

16-09-2026, 13:33

Türk dünyası və İslam həmrəyliyi

Cəmiyyət

13-08-2026, 14:40

Naxçıvan: yeni strateji inkişaf məkanı

Gündəm / Cəmiyyət

11-09-2026, 15:00

Regionların inkişafı və sosial rifah prioritetdir

Gündəm / Cəmiyyət

26-08-2026, 11:31

Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa

Gündəm / Cəmiyyət

27-08-2026, 14:34

Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa

Cəmiyyət

2-06-2026, 11:31

Masallıda 26 aprel – 31 may tarixlərində görülən işlər

Gündəm / Cəmiyyət

25-05-2026, 22:39

Kənd Təsərrüfatının İnkişafı Azərbaycanın Gələcəyidir

Cəmiyyət

23-09-2026, 15:47

Dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələ

Cəmiyyət

5-09-2026, 07:44

Azərbaycan enerji ixracatçısından yaşıl enerji mərkəzinə çevrilir

Araşdırma
Bu şəxslərin pensiyası daha çox artacaq
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə
26-09-2026, 11:41
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
25-09-2026, 15:33
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
24-09-2026, 15:22
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
21-09-2026, 10:59
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
20-07-2026, 11:09
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
1-07-2026, 11:11
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
Son xəbərlər
  • Вчера, 19:03
    Masallıda rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
  • Вчера, 16:59
    Masallıda İcra Hakimiyyətinin başçısı səyyar görüş-qəbul keçirdi
  • Вчера, 10:34
    Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər
  • Вчера, 08:39
    Azərbaycan–Kamboca münasibətlərinin gələcək perspektivləri
  • 13-10-2026, 15:50
    Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ikitərəfli münasibətlər uğurla davam edir
  • 13-10-2026, 12:23
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • 12-10-2026, 16:43
    Milli dəyərlərə bağlılıq, dünyəvilik və ictimai həmrəylik - DEPUTAT
  • 10-10-2026, 18:55
    REGİON GƏNCLƏRİNİN TƏHSİLDƏN ƏMƏK HƏYATINA KEÇİD İMKANLARI
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 9-10-2026, 17:37
    “PeşəFest-2026” - Masallıda
  • 8-10-2026, 19:21
    Masallıda şəhid məzarları ziyarət edildi
  • 8-10-2026, 15:57
    Masallıda rayon rəhbəri Əhmədli kəndində səyyar qəbul keçirib
  • 7-10-2026, 16:41
    Masallı şəhər 1 saylı tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirildi
  • 7-10-2026, 16:30
    Bu şəxslərin pensiyası daha çox artacaq
  • 6-10-2026, 16:13
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
  • 5-10-2026, 16:00
    YAP-ın VIII qurultayı yeni dövrün strateji hədəflərini müəyyənləşdirir
  • 5-10-2026, 13:15
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisə olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
  • 4-10-2026, 17:17
    Masallıda Sərbəst və Yunan-Roma güləşi idman növləri üzrə Lənkəran-Astara region açıq turnirinin açılış mərasimi keçirilib
  • 4-10-2026, 11:22
    Cəbrayıl: Dağıntılardan dirçəlişə uzanan Böyük Qayıdış yolu
  • 3-10-2026, 16:44
    3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • 3-10-2026, 16:44
    3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • 2-10-2026, 18:49
    Masallı RİH başçısı Ərkivan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət edib
  • 2-10-2026, 18:20
    Masallı rayon rəhbəri Ərkivan qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib
  • 2-10-2026, 16:16
    “Masallı Təhsil Fondu” qızların ali təhsilinə dəstək missiyasını davam etdirir
  • 2-10-2026, 10:00
    Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
  • 1-10-2026, 16:34
    Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir keçirilib
  • 1-10-2026, 15:45
    Masallı Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
  • 30-09-2026, 14:44
    Qüdrətli Azərbaycanın memarı - ŞƏRH
  • 29-09-2026, 19:41
    Masallıda Rayon rəhbəri Qəzvinoba kəndində bərpa olunan körpüyə yerində baxış keçirib
  • 29-09-2026, 10:50
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 28-09-2026, 23:45
    Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı
  • 28-09-2026, 19:30
    Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub
  • 28-09-2026, 15:00
    Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və yeni investisiya imkanları.
  • 28-09-2026, 13:33
    Millət vəkili Məşhur Məmmədov Masallıda məktəbdə olub, şagirdlərlə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Rəmzi Şahverdiyev
  • Tel: (+9945) 737 77 76
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. CenubMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə