• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dağ-mədən sənayesi iqtisadi gəlirlərin yeni mənbəyinə çevrilir

Cəmiyyət

23-09-2026, 17:17


Məşhur Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan iqtisadiyyatının qarşıdakı mərhələdə əsas hədəflərindən biri iqtisadi artımın mənbələrinin daha da şaxələndirilməsi, qeyri-neft sektorunun çəkisinin artırılması və ölkənin malik olduğu təbii resurslardan daha yüksək əlavə dəyərin yaradılmasıdır. Prezident İlham Əliyevin 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, bu istiqamət artıq ayrı-ayrı layihələrin məcmusu kimi deyil, Azərbaycanın yeni sənaye inkişaf modelinin mühüm komponentlərindən biri kimi nəzərdən keçirilir. Bu yanaşmanın mahiyyəti olduqca aydındır: Azərbaycan yalnız öz təbii ehtiyatlarını hasil edən ölkə kimi deyil, həmin ehtiyatları emal edən, onlardan yüksək əlavə dəyər yaradan və hazır məhsulu dünya bazarlarına çıxaran sənaye ölkəsi kimi mövqeyini daha da möhkəmləndirməlidir. Dövlət Proqramının hazırlanmasına dair Prezidentin 2026-cı il 1 aprel tarixli Sərəncamında da əsas məqsədlər sırasında mineral resurslardan səmərəli istifadə, xammaldan son məhsula qədər dəyər zəncirinin yaradılması və metallurgiya məhsullarının ixrac potensialının artırılması xüsusi vurğulanmışdı.


Əslində, bu, son illərdə həyata keçirilən iqtisadi siyasətin məntiqi davamıdır. Azərbaycan uzun müddət ərzində enerji gəlirlərindən istifadə etməklə ölkənin infrastrukturunu yenilədi, yollar, dəmir yolları, hava limanları, enerji və sosial infrastrukturu formalaşdırdı. Bu gün həmin infrastruktur artıq qeyri-neft iqtisadiyyatının inkişafı üçün baza rolunu oynayır. Deməli, qarşıdakı mərhələdə söhbət yalnız infrastruktur qurmaqdan yox, həmin infrastruktur üzərində daha çox istehsal, daha çox emal, daha çox ixrac və daha yüksək məhsuldarlıq yaratmaqdan gedir. Bu mənada dağ-mədən və metallurgiya sənayesinə verilən önəm təsadüfi deyil. Çünki bu sahə bir neçə istiqaməti eyni vaxtda hərəkətə gətirmək imkanına malikdir. Mədən hasilatı yeni istehsal sahələrinin yaranmasına, emal müəssisələrinin yaradılması sənaye zəncirinin genişlənməsinə, logistikanın inkişafı daşımaların artmasına, yeni zavodların fəaliyyəti isə əlavə məşğulluq və vergi gəlirlərinə səbəb ola bilər. Yəni burada söhbət təkcə mədən sənayesindən deyil, ətrafında formalaşacaq geniş iqtisadi ekosistemdən gedir.


Dövlət Proqramının rəqəmləri də qarşıya qoyulan hədəfin miqyasını göstərir. 2027–2030-cu illərdə sektor üzrə ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl vəsait hesabına formalaşdırılması planlaşdırılır. Beləliklə, investisiyanın təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb olunması nəzərdə tutulur. Bu rəqəm Azərbaycanın investisiya siyasətində mühüm məqamı da ortaya qoyur. Dövlət burada yalnız maliyyələşdirən tərəf kimi çıxış etməməli, eyni zamanda, özəl kapital üçün şərait yaradan, riskləri bölüşən, infrastruktur təminatını formalaşdıran və uzunmüddətli sənaye layihələrinin həyata keçirilməsinə imkan verən əsas institusional qüvvə olmalıdır. Başqa sözlə, əsas məsələ daha çox vəsait xərcləmək deyil, hər investisiya manatının daha çox iqtisadi nəticə yaratmasına nail olmaqdır. Bu yanaşma əvvəlki illərdə formalaşan yeni iqtisadi modelin əsas fəlsəfəsi ilə də üst-üstə düşür.

Azərbaycanın iqtisadi siyasətində artıq kəmiyyət artımından keyfiyyət artımına keçid daha çox əhəmiyyət daşıyır. Yeni müəssisənin açılması özü-özlüyündə məqsəd deyil. Əsas məsələ həmin müəssisənin nə qədər əlavə dəyər yaratması, nə qədər məhsul ixrac etməsi, nə qədər yerli təchizatçı ilə işləməsi, hansı texnologiyaları ölkəyə gətirməsi və nə qədər dayanıqlı məşğulluq yaratmasıdır.
Dağ-mədən sektorunda da məhz bu prinsip əsas götürülməlidir. Əgər Azərbaycanda yeni yataq aşkarlanırsa, məqsəd həmin yataqdan çıxarılan filizi xammal şəklində xarici bazara göndərmək olmamalıdır. Prezidentin çıxışında da vurğulandığı kimi, xüsusilə böyük qızıl, mis və molibden ehtiyatları aşkar edilərsə, zənginləşdirmə və emaldan keçən tam istehsal zəncirinin yaradılması daha böyük iqtisadi səmərə verəcək. Bu, Azərbaycanın təbii resurslarını sadəcə ixrac gəlirinə deyil, sənaye kapitalına çevirməsi deməkdir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərin potensialı ayrıca əhəmiyyət daşıyır. Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi həm ölkənin resurs bazasının genişləndirilməsi, həm də Qarabağ və Şərqi Zəngəzurun yeni iqtisadi modelinin formalaşdırılması baxımından mühüm imkanlar yaradır. Proqram çərçivəsində “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması, müxtəlif emal güclərinin yaradılması nəzərdə tutulur.

Burada ən mühüm məqam ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası yalnız kənd təsərrüfatı, turizm və xidmət sektoru ilə məhdudlaşmır. Sənaye və mədənçilik də bu regionların gələcək iqtisadi strukturunda mühüm yer tuta bilər. Bununla yeni iş yerlərinin yaradılması, yerli əhalinin məşğulluğunun artırılması, logistika və xidmət sahələrinin inkişafı sürətlənə bilər.


Məsələnin başqa mühüm tərəfi isə geoloji kəşfiyyatdır. Azərbaycanın mineral ehtiyatlarının tam xəritəsinin müasir texnologiyalar əsasında yenidən qiymətləndirilməsi strateji əhəmiyyət daşıyır. Sovet dövründən qalan məlumatların müasir texnologiyalarla dəqiqləşdirilməsi, yeni yataqların aşkarlanması və ehtiyatların iqtisadi qiymətləndirilməsi qarşıdakı illərdə sektorun davamlı inkişafı üçün resurs bazasını genişləndirə bilər. Dövlət Proqramında ilkin axtarış və qiymətləndirmə işlərinin 15 min kvadratkilometr ərazidə aparılması və 2027-ci ildə tamamlanması planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də nəzərdə tutulur. Bu proses Naxçıvan üçün də yeni perspektivlər açır. Muxtar Respublikada geoloji kəşfiyyat işlərinin genişləndirilməsi yeni yataqların müəyyənləşdirilməsi və gələcək sənaye layihələrinin formalaşdırılması baxımından əhəmiyyətli ola bilər. Deməli, Azərbaycanın dağ-mədən sənayesinin gələcəyi yalnız bu gün məlum olan yataqlardan asılı deyil. Qarşıdakı illərdə aparılacaq geoloji araşdırmalar ölkənin mineral resurs xəritəsini əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Qara metallurgiya da bu strategiyanın mühüm istiqamətlərindən biridir. “Daşkəsən” layihəsi çərçivəsində ildə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması nəzərdə tutulur və bunun təxminən 1,7 milyon tonunun ixrac potensialı formalaşdıracağı bildirilir. Bu, Azərbaycan üçün xammal ixracından daha yüksək emal mərhələsinə keçid baxımından mühüm addım ola bilər. Əlvan metallurgiyada isə “Filizçay” yatağının potensialı diqqət çəkir. Burada mis, sink və qurğuşun resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkənin ixrac portfelini genişləndirə və yeni sənaye zəncirlərinin yaranmasına imkan verə bilər. Eyni zamanda, “Dəmirli” yatağında əlavə mis ehtiyatlarının istifadəsi, “Zəylik” alunit yataqlarının alüminium dəyər zəncirinin xammal bazasına çevrilməsi imkanlarının qiymətləndirilməsi də proqramın uzunmüddətli baxışa hesablandığını göstərir.

Alüminium istehsalının genişləndirilməsi də bu baxımdan mühüm istiqamətdir. Dövlət Proqramında istehsalın 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması hədəfi müəyyənləşdirilib. Daha sonra isə illik təxminən 200 min ton gücündə yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanının araşdırıldığı açıqlanıb. Burada Azərbaycanın sənaye siyasətinin başqa bir mühüm üstünlüyü ortaya çıxır: sənaye parkları. Son illərdə ölkənin müxtəlif regionlarında yaradılan sənaye parkları istehsalın ərazi üzrə şaxələndirilməsinə, sahibkarların infrastruktur xərclərinin azalmasına və yeni istehsal zəncirlərinin yaranmasına imkan verib. Qərb Sənaye Parkının əsas istiqamətlərindən birinin məhz dağ-mədən sənayesinin inkişafı olması bu siyasətin yeni mərhələyə keçdiyini göstərir. Əgər mədən, zənginləşdirmə, pelet, briketləşdirilmiş dəmir, metallurgiya və hazır məhsul istehsalı vahid sənaye zəncirində birləşdirilərsə, yaranacaq iqtisadi effekt təkcə mədən sahəsində qalmayacaq. Nəqliyyat, enerji, tikinti, maşınqayırma, texniki xidmət, laboratoriya xidmətləri, mühəndislik, logistika və digər sahələr də bu prosesdən faydalana bilər. Yəni bir iri sənaye layihəsi ətrafında çoxsaylı kiçik və orta sahibkarlıq subyektlərinin formalaşması mümkündür. Bu məqam regionların inkişafı baxımından da vacibdir.

Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının əsas məqsədlərindən biri iqtisadi fəallığın Bakı və Abşeronla məhdudlaşmamasına nail olmaq olub. İnfrastrukturun regionlara aparılması bu siyasətin ilkin mərhələsi idisə, indi həmin infrastruktur üzərində rəqabətqabiliyyətli istehsal müəssisələrinin yaradılması növbəti mərhələdir. Dağ-mədən və metallurgiya layihələri bu baxımdan regionların iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına xidmət edə bilər. Əlbəttə, bu prosesin yalnız iqtisadi deyil, ekoloji tərəfi də var. Dağ-mədən sənayesində ən mühüm şərtlərdən biri təbiətin qorunmasıdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii ekosistemlərin bərpası, meşələrin və su ehtiyatlarının qorunması dövlət siyasətinin prioritetlərindəndir. Buna görə də yeni sənaye layihələri həyata keçirilərkən iqtisadi səmərəliliklə ekoloji təhlükəsizlik arasında balans qorunmalıdır. Müasir texnologiyaların tətbiqi, ekoloji monitorinq, tullantıların idarə olunması və mədən ərazilərinin sonradan rekultivasiyası layihələrin ayrılmaz hissəsi olmalıdır. Dövlətin bu sahəyə özəl və xarici investorları cəlb etmək niyyəti də təbiidir.

Belə iri layihələr böyük maliyyə və texnologiya tələb edir. Lakin investorun cəlb edilməsi özü məqsəd deyil. Əsas məsələ Azərbaycanın milli iqtisadi maraqlarının qorunması, yerli əlavə dəyərin artırılması, texnologiya transferi və ixrac imkanlarının genişləndirilməsidir. Dövlət Proqramında ümumi investisiyanın 2 milyard manatının özəl vəsait hesabına formalaşdırılmasının nəzərdə tutulması özəl kapitalın bu prosesdə rolunun əhəmiyyətini göstərir.

Proqramın 2030-cu ilə qədər sektorun ÜDM-ə töhfəsini 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialını isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırmaq hədəfi kifayət qədər böyük iqtisadi transformasiyadan xəbər verir. Bu, sektorun əlavə dəyərinin və ixrac potensialının təxminən 2,6 dəfə artırılmasını nəzərdə tutur. Burada əsas diqqət məhz nəticələrin davamlılığına yönəlməlidir. Dövlət Proqramının 2027–2030-cu illərdə icrası ilə müəyyən göstəricilərə çatmaq vacibdir, amma daha vacib məsələ yaradılan istehsal güclərinin 2030-cu ildən sonra da iqtisadi artıma xidmət etməsidir. Yəni bu gün qoyulan investisiya sabah yeni investisiyaların, yeni müəssisələrin və yeni ixrac məhsullarının yaranmasına şərait yaratmalıdır. Bu baxımdan 5,3 milyard manatlıq investisiya yalnız maliyyə göstəricisi kimi qiymətləndirilməməlidir. Bu vəsaitin arxasında yeni sənaye gücləri, texnologiyalar, kadrlar, logistika imkanları, ixrac müqavilələri və regional iqtisadi aktivlik dayanmalıdır. Əgər bu zəncir tam qurularsa, dağ-mədən və metallurgiya sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas dayaqlarından birinə çevrilə bilər.

Azərbaycan son iki onillikdə enerji resurslarından əldə etdiyi imkanları infrastrukturun və iqtisadi bazanın formalaşmasına yönəldib. İndi isə həmin bazadan istifadə etməklə yeni sənaye və istehsal mərhələsinin qurulması qarşıda duran əsas vəzifələrdəndir. Dağ-mədən və metallurgiya Dövlət Proqramını məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Ən mühüm məsələ yerin altındakı sərvətin yerüstü iqtisadi dəyərə çevrilməsidir. Qızıl, mis, dəmir, alüminium və digər mineral ehtiyatlar yalnız hasil edilən xammal deyil, Azərbaycan üçün yeni sənaye müəssisələri, yeni ixrac məhsulları, yeni iş yerləri, yeni texnologiyalar və regionların iqtisadi inkişafı deməkdir. Bu mənada qarşıdakı dörd il Azərbaycanın sənaye siyasətində mühüm sınaq mərhələsi olacaq. Qarşıya qoyulan hədəflərin icrası uğurlu olarsa, dağ-mədən və metallurgiya sektoru qeyri-neft iqtisadiyyatının sadəcə bir istiqaməti deyil, ölkənin yeni iqtisadi artım modelinin əsas sütunlarından birinə çevrilə bilər.

Bu gün Azərbaycanın qarşısında duran məsələ artıq yalnız “nə qədər təbii sərvətimiz var?” sualı deyil. Əsas sual həmin sərvətlərin nə qədər əlavə dəyər, nə qədər ixrac, nə qədər məşğulluq və nə qədər dayanıqlı iqtisadi inkişaf yaratmasıdır. Dövlət Proqramının strateji əhəmiyyəti də məhz bu sualın cavabında özünü göstərir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

23-09-2026, 15:47

Dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələ

Gündəm / Cəmiyyət

25-08-2026, 14:28

Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyinə töhfə verir

Cəmiyyət

13-08-2026, 14:40

Naxçıvan: yeni strateji inkişaf məkanı

Cəmiyyət

13-08-2026, 20:02

Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin səfərindən əsas mesajlar

Gündəm / Cəmiyyət

26-08-2026, 11:31

Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa

Gündəm / Cəmiyyət

27-08-2026, 14:34

Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa

Cəmiyyət

5-09-2026, 07:44

Azərbaycan enerji ixracatçısından yaşıl enerji mərkəzinə çevrilir

Gündəm / Cəmiyyət

11-09-2026, 15:00

Regionların inkişafı və sosial rifah prioritetdir

Cəmiyyət

16-09-2026, 13:33

Türk dünyası və İslam həmrəyliyi

Siyasət

16-07-2026, 17:32

Siyasi dialoqun və strateji tərəfdaşlığın inkişafında yeni mərhələ

Gündəm / Cəmiyyət

16-06-2026, 19:00

Lənkəran-Astara iqtisadi rayonunda aqrar inkişafla bağlı regional müşavirə keçirilib

Araşdırma / Müsahibə

4-05-2026, 22:22

Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü

İqtisadiyyat

10-09-2026, 21:56

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib

Gündəm / Cəmiyyət

24-08-2026, 15:30

Ortaq köklər, qarşılıqlı hörmət və strateji müttəfiqlik

Siyasət

3-06-2026, 20:00

Enerji təhlükəsizliyi: dayanıqlı gələcəyin əsas təminatı

Araşdırma
Bu şəxslərin pensiyası daha çox artacaq
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə
26-09-2026, 11:41
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
25-09-2026, 15:33
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
24-09-2026, 15:22
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
21-09-2026, 10:59
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
20-07-2026, 11:09
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
1-07-2026, 11:11
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
Son xəbərlər
  • Вчера, 19:03
    Masallıda rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
  • Вчера, 16:59
    Masallıda İcra Hakimiyyətinin başçısı səyyar görüş-qəbul keçirdi
  • Вчера, 10:34
    Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər
  • Вчера, 08:39
    Azərbaycan–Kamboca münasibətlərinin gələcək perspektivləri
  • 13-10-2026, 15:50
    Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ikitərəfli münasibətlər uğurla davam edir
  • 13-10-2026, 12:23
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • 12-10-2026, 16:43
    Milli dəyərlərə bağlılıq, dünyəvilik və ictimai həmrəylik - DEPUTAT
  • 10-10-2026, 18:55
    REGİON GƏNCLƏRİNİN TƏHSİLDƏN ƏMƏK HƏYATINA KEÇİD İMKANLARI
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 9-10-2026, 17:37
    “PeşəFest-2026” - Masallıda
  • 8-10-2026, 19:21
    Masallıda şəhid məzarları ziyarət edildi
  • 8-10-2026, 15:57
    Masallıda rayon rəhbəri Əhmədli kəndində səyyar qəbul keçirib
  • 7-10-2026, 16:41
    Masallı şəhər 1 saylı tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirildi
  • 7-10-2026, 16:30
    Bu şəxslərin pensiyası daha çox artacaq
  • 6-10-2026, 16:13
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
  • 5-10-2026, 16:00
    YAP-ın VIII qurultayı yeni dövrün strateji hədəflərini müəyyənləşdirir
  • 5-10-2026, 13:15
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisə olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
  • 4-10-2026, 17:17
    Masallıda Sərbəst və Yunan-Roma güləşi idman növləri üzrə Lənkəran-Astara region açıq turnirinin açılış mərasimi keçirilib
  • 4-10-2026, 11:22
    Cəbrayıl: Dağıntılardan dirçəlişə uzanan Böyük Qayıdış yolu
  • 3-10-2026, 16:44
    3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • 3-10-2026, 16:44
    3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • 2-10-2026, 18:49
    Masallı RİH başçısı Ərkivan qəsəbəsində şəhidlərin məzarlarını ziyarət edib
  • 2-10-2026, 18:20
    Masallı rayon rəhbəri Ərkivan qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib
  • 2-10-2026, 16:16
    “Masallı Təhsil Fondu” qızların ali təhsilinə dəstək missiyasını davam etdirir
  • 2-10-2026, 10:00
    Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
  • 1-10-2026, 16:34
    Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir keçirilib
  • 1-10-2026, 15:45
    Masallı Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
  • 30-09-2026, 14:44
    Qüdrətli Azərbaycanın memarı - ŞƏRH
  • 29-09-2026, 19:41
    Masallıda Rayon rəhbəri Qəzvinoba kəndində bərpa olunan körpüyə yerində baxış keçirib
  • 29-09-2026, 10:50
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 28-09-2026, 23:45
    Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı
  • 28-09-2026, 19:30
    Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub
  • 28-09-2026, 15:00
    Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və yeni investisiya imkanları.
  • 28-09-2026, 13:33
    Millət vəkili Məşhur Məmmədov Masallıda məktəbdə olub, şagirdlərlə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Rəmzi Şahverdiyev
  • Tel: (+9945) 737 77 76
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. CenubMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə