
İyulun 3-də Yardımlı İdman Kompleksində Azərbaycan Respublikası Cüdo Federasiyasının, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Yardımlı İdman Kompleksinin tərəfdaşlığı ilə U-14 kiçik yaşlı yeniyetmə qız və oğlanlar arasında Cənub bölgəsi üzrə Cüdo idman növü üzrə region birinciliyi keçirilib.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.
Zona yarışında ümumilikdə 7 klub və idman cəmiyyətindən 51 cüdoçu mübarizə aparıb. Gərgin və maraqlı keçən yarış rayon sakinləri tərəfindən maraqla qarşılanıb. Sonda qalib idmançılara Azərbaycan Respublikası Cüdo Federasiyasının diplomları və medalları təqdim olunub.
🏅 Mükafatçıları təqdim edirik:
Qızlar
-36 kq
1. Səma Abdullazadə (Mübarizlər PİK)
2. Çinarə Əlizadə (Salyan)
-40 kq
1. Gülşən İmanova (Biləsuvar OİK)
-44 kq
1. Zəhra Əskərli (Salyan)
2. Zəhra Məhərrəmli (Neftçala)
-48 kq
1. Ruqəyya Sadıqova (Masallı)
Oğlanlar
-38 kq
1. Afərin Əlizadə (Lənkəran OİK)
2. Ələskər Hüseynzadə (Lənkəran OİK)
3. Əli Əhədov (Salyan)
4. Tamerlan Təhməzli (Lənkəran OİK)
-42 kq
1. Zahid İsmayılzadə (Salyan)
2. Əlihüseyn Abdullazadə (Lənkəran OİK)
3. Yusif Əskərov (Lənkəran OİK)
-46 kq
1. Emil Səlimzadə (Salyan)
2. Ömər Binyətli (Salyan)
3. Rəmzi Rəcəbov (Masallı)
4. Yusif Məmmədli (Masallı)
-50 kq
1. Əli Nəhmətli (Cəlilabad Cüdo Klubu)
2. Ərrəhman Həsənzadə (Lənkəran OİK)
3. İbrahim Nəcəfov (Neftçala)
-55 kq
1. Tahir Bayramlı (Neftçala)
2. Hüseyn Bağışlı (Masallı)
-60 kq
1. Aqşin Cəbiyev (Masallı)
2. Əbəlfəz İbrahimli (Lənkəran OİK)
3. Rəcəb Abbaslı (Lənkəran OİK)
-66 kq
1. İsmayıl Fərəcov (Masallı)
2. Əli Kazımov (Lənkəran OİK)













