
10.05.2026-cı il tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Masallıda silsilə tədbirlər keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov və Fəzail İbrahimli, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri birlikdə Heydər Əliyev Mərkəzinin qarşısında ucalan Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.




