
Bakı Boks Mərkəzində yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2026” beynəlxalq turniri Masallı idmançısı üçün uğurlu nəticə ilə yadda qalıb.
8 ölkənin nümayəndələrinin iştirak etdiyi nüfuzlu yarışda Azərbaycan millisinin üzvü, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Qardaş Rəhimov 52 kq çəki dərəcəsində yüksək nəticə göstərərək gümüş medala layiq görülüb.

Gənc idmançının bu nailiyyətində onun məşqçisi, Masallı UGİM-in boks bölməsinin məşqçi-müəllimi Orxan Cəbiyevin əməyi xüsusi vurğulanır.
Masallı idman ictimaiyyəti Qardaş Rəhimovu və onun məşqçisi Orxan Cəbiyevi əldə olunan uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr arzulayır.
