
Avqustun 27-28-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "27 Avqust-Beynəlxalq Boks Günü" ilə əlaqədar kadetlər arasında boks idman növü üzrə Masallı rayon açıq turniri keçirilib.
Yarış Masallı Regional Boks Mərkəzində təşkil olunub. Turnirdə boksçular 10 çəki dərəcəsində qüvvələrini sınayaraq yüksək idman bacarıqlarını nümayiş etdiriblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın əsas məqsədi rayonda boks idman növünün inkişafına dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək, həmçinin gənc idmançıların yarış təcrübəsini artırmaq olub.
Turnirin sonunda qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, Masallı UGİM-in boks bölməsinin məşqçi-müəllimi Orxan Cəbiyevdir.




