
23 sentyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qızılağac kəndində sakinlərlə növbəti səyyar görüş-qəbul keçirib.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib. Görüşü açan rayon rəhbəri Qızılağac kəndinin tarixi, tanınmış ziyalıları, ağsaqqalları, mədəniyyəti, əhalinin məşğuliyyəti, eləcə də kəndin sosial-iqtisadi inkişafı barədə məlumat verib. Bildirilib ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və onların operativ həlli dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov çıxış edərək bildirib ki, Qızılağac kəndində əvvəlki səyyar qəbul zamanı 4 vətəndaş tərəfindən 6 məsələ qaldırılıb. Müraciətlərdən 5-i müsbət həll olunub, 1 məsələ ilə bağlı isə vətəndaşa qanunvericiliyin tələblərinə uyğun izahat verilib.

Səyyar qəbul zamanı sakinlər tərəfindən əsasən sosial və şəxsi xarakterli məsələlərlə bağlı müraciətlər səsləndirilib. Müraciətlər məsul əməkdaşlar tərəfindən qeydə alınıb, onların araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Rayon rəhbəri bildirib ki, yaşayış məntəqələrində əhalini narahat edən sosial problemlərin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. Araz Əhmədov hər bir müraciətin diqqətlə araşdırılacağını və qanunvericiliyə uyğun olaraq, səlahiyyətlər çərçivəsində həllinə çalışılacağını vurğulayıb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
