
22 may 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, I müavin Tohid Hüseynov Şıxlar ərazisində kümçü ilə görüşərək ipəkqurdunun saxlanma və bəslənmə şəraiti ilə yerində tanış olmuşlar.


Görüş zamanı mövsümə hazırlıq işləri, yem ehtiyatının təminatı və saxlanma şəraitinin vəziyyəti müzakirə edilib. Rayon rəhbəri baramaçılığın kənd əhalisinin məşğulluğunun artırılmasında mühüm rol oynadığını qeyd edərək sahənin inkişafının əhəmiyyətini vurğulayıb və müvafiq tövsiyələrini verib.
