
Mayın 12-14-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin günün ikinci yarısında arabir yağıntılı olacağı proqnozlaşdırılır.
Cenubmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Həmçinin yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna edilmir.