• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”

Gündəm / Cəmiyyət

20-10-2026, 15:55

Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Xatırladımki ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb.

Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində altı il əvvəl oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb. İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb.

Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə Ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.Bölmələrimizin döyüş əməliyyatları Zəngilanın Ağalı kəndindən başlayıb. Həmin döyüşlər zamanı Azərbaycan Ordusunda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Zəngilan rayonunun nəzarətimizə keçməsindən sonra bir çox yaşayış məntəqələrinin azad olunması üçün əlverişli şərait yaranıb.

Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir.

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bundan əlavə, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Beləcə, ötən il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə olub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın, Füzuli şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunub.

Azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.


RİHBA-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun Baş məsləhətçisi Nuranə Muradova

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-10-2026, 10:45

Füzuli: Zəfərdən dirçəlişə

Cəmiyyət

17-10-2026, 10:45

Füzuli: Zəfərdən dirçəlişə

Gündəm / Cəmiyyət

4-10-2026, 11:22

Cəbrayıl: Dağıntılardan dirçəlişə uzanan Böyük Qayıdış yolu

Gündəm / Cəmiyyət

26-08-2026, 11:31

Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa

Gündəm / Cəmiyyət

27-08-2026, 14:34

Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa

Gündəm / Cəmiyyət

20-10-2026, 15:25

Zəngilan şəhəri günü

Gündəm / Cəmiyyət

10-10-2026, 10:10

“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır

Gündəm / Cəmiyyət

10-10-2026, 10:10

“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır

Cəmiyyət

23-09-2026, 17:17

Dağ-mədən sənayesi iqtisadi gəlirlərin yeni mənbəyinə çevrilir

Cəmiyyət

13-08-2026, 20:02

Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin səfərindən əsas mesajlar

Gündəm / Cəmiyyət

19-10-2026, 11:15

AQEM Zirvəsi: Azərbaycanın qətiyyətli mövqeyi və yeni geosiyasi reallıqlar

Cəmiyyət

13-08-2026, 14:40

Naxçıvan: yeni strateji inkişaf məkanı

Gündəm / Cəmiyyət

12-10-2026, 16:43

Milli dəyərlərə bağlılıq, dünyəvilik və ictimai həmrəylik - DEPUTAT

Araşdırma / Müsahibə

4-05-2026, 22:22

Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü

Gündəm / Cəmiyyət

16-09-2026, 16:46

Diplomatik səfərə qarşı Ermənistanın reaksiyası təəssüf doğurur

Araşdırma
Bu şəxslərin pensiyası daha çox artacaq
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə
26-09-2026, 11:41
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
25-09-2026, 15:33
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
24-09-2026, 15:22
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
21-09-2026, 10:59
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
20-07-2026, 11:09
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
1-07-2026, 11:11
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
Son xəbərlər
  • Вчера, 20:22
    Masallıda heyvan sağlamlığının qorunması və epizootik sabitliyin təmin olunması ilə bağlı tədbir keçirilib
  • 21-10-2026, 21:21
    Masallıda narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
  • 21-10-2026, 18:05
    Masallıda şəhidlərin məzarları ziyarət olunub, xatirələri ehtiramla yad edilib
  • 21-10-2026, 17:00
    Masallı rayonunun İkinci Səmədxanlı kəndində vətəndaşlarla səyyar qəbul keçirilib
  • 20-10-2026, 19:11
    Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
  • 20-10-2026, 18:22
    Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir keçirildi
  • 20-10-2026, 15:55
    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”
  • 20-10-2026, 15:25
    Zəngilan şəhəri günü
  • 19-10-2026, 11:15
    AQEM Zirvəsi: Azərbaycanın qətiyyətli mövqeyi və yeni geosiyasi reallıqlar
  • 19-10-2026, 11:06
    Zəngilanın bərpası: Böyük Qayıdışın uğurlu modeli
  • 18-10-2026, 14:12
    Masallı sakini Salyanda “Mercedes”ini aşırdı – Yaralılar var
  • 18-10-2026, 12:59
    Füzuli - Zəfərin ünvanı
  • 17-10-2026, 10:45
    Füzuli: Zəfərdən dirçəlişə
  • 17-10-2026, 10:45
    Füzuli: Zəfərdən dirçəlişə
  • 17-10-2026, 01:01
    Sülh və beynəlxalq təhlükəsizlik
  • 15-10-2026, 17:27
    Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
  • 15-10-2026, 14:56
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib
  • 15-10-2026, 12:27
    Azərbaycan və Laos arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri
  • 14-10-2026, 22:29
    Azərbaycan–Laos münasibətlərində təhsil və humanitar əməkdaşlığın rolu
  • 14-10-2026, 19:03
    Masallıda rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
  • 14-10-2026, 16:59
    Masallıda İcra Hakimiyyətinin başçısı səyyar görüş-qəbul keçirdi
  • 14-10-2026, 10:34
    Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər
  • 14-10-2026, 08:39
    Azərbaycan–Kamboca münasibətlərinin gələcək perspektivləri
  • 13-10-2026, 15:50
    Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ikitərəfli münasibətlər uğurla davam edir
  • 13-10-2026, 12:23
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • 12-10-2026, 16:43
    Milli dəyərlərə bağlılıq, dünyəvilik və ictimai həmrəylik - DEPUTAT
  • 10-10-2026, 18:55
    REGİON GƏNCLƏRİNİN TƏHSİLDƏN ƏMƏK HƏYATINA KEÇİD İMKANLARI
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 10-10-2026, 10:10
    “Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
  • 9-10-2026, 17:37
    “PeşəFest-2026” - Masallıda
  • 8-10-2026, 19:21
    Masallıda şəhid məzarları ziyarət edildi
  • 8-10-2026, 15:57
    Masallıda rayon rəhbəri Əhmədli kəndində səyyar qəbul keçirib
  • 7-10-2026, 16:41
    Masallı şəhər 1 saylı tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirildi
  • 7-10-2026, 16:30
    Bu şəxslərin pensiyası daha çox artacaq
  • 6-10-2026, 16:13
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Rəmzi Şahverdiyev
  • Tel: (+9945) 737 77 76
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. CenubMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə