
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyasına hazırlıq məqsədilə tədbir keçirilib.

Aksiyada ərazi üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri və müavinləri, eləcə də digər şəxslər iştirak ediblər.


Hazırlıq işləri çərçivəsində Sərçuvar ərazi dairəsinin yaxınlığında yerləşən boş torpaq sahəsində ağacların əkiləcəyi ərazilər müəyyənləşdirilib, əkin üçün yerlər qazılıb və torpaq hazırlığı işləri aparılıb.



Görülən işlər yaşıllıq sahələrinin genişləndirilməsi, ətraf mühitin mühafizəsi və rayon ərazisinin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.



Aksiya çərçivəsində müəyyən edilmiş Sərçuvar ərazi dairəsinin ətraf ərazilərində ağacəkmə işlərinin 27 sentyabr 2026-cı il tarixində – Anım Günü ilə əlaqədar davam etdirilməsi nəzərdə tutulur.



