
03 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lürən kəndində Birinci Qarabağ müharibəsi şəhidi Şükürov Faiq Xubəli oğlunun anası Şükürova Cahan Ağaxan qızını 80 illik yubileyi münasibətilə yaşadığı evdə ziyarət edib.

Ziyarətdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdiri Qəşəm Hadıyev və Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak ediblər.

Rayon rəhbəri yubilyarı təbrik edərək ona möhkəm cansağlığı və uzun ömür arzulayıb, qayğı və problemləri ilə maraqlanıb, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. 