CenubMedia.az

Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
15 oktyabr 2026-cı il tarixdə Masallı Rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə keçirilmişdir.

Müşavirədən öncə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında yerləşən Ulu Öndərin abidəsini ziyarət etmiş və abidə önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad edilmişdir.
Müasir Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Müşavirədə geniş məruzə edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov dövlət başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı tarixi çıxışının əhəmiyyətini vurgulayaraq bildirib:"Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında etdiyi proqram xarakterli nitqi hər birimiz üçün həm böyük qürur mənbəyi, həm də gələcək fəaliyyətimizin əsas istiqamətverici yol xəritəsidir. Cənab Prezidentin vurğuladığı kimi, bu qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olaraq tariximizə qızıl hərflərlə yazıldı."

Araz Əhmədov çıxışında ölkə başçısının xüsusi toxunduğu ideoloji təhlükəsizlik və vətənpərvərlik tərbiyəsi məsələlərinə də diqqət çəkib:"Xaricdən ölkəmizə yönələn ideoloji təxribatların, sosial şəbəkələrdə aparılan qərəzli kampaniyaların məqsədi birliyimizi sarsıtmaqdır. Bu təhdidlərin qarşısını almaq üçün birinci növbədə təhsilə, biliyə və milli-mənəvi dəyərlərə söykənən vətənpərvərlik tərbiyəsinə üstünlük verməliyik. Partiya fəalları, ziyalılarımız və gənclərimiz şablon, formal tədbirlərdən uzaqlaşmalı, canlı və təsirli ideoloji iş aparmalıdırlar."

Rayon rəhbəri əhalinin sosial rifahının yüksəldilməsi, aqrar sektorun inkişafı və yerlərdə vətəndaşların problemlərinin operativ həll olunmasının gündəlik fəaliyyətin mərkəzində durduğunu vurğulayaraq, Cənab Prezidentin "Bizim sözümüz imzamız qədər dəyərlidir. Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq" kəlamını xatırladıb və Masallı rayonunun bundan sonra da ölkəmizin tərəqqisinə öz layiqli töhfəsini verəcəyini ifadə edib.

Daha sonra müşavirə rayonun fəal ziyalılarının, şəhid ailələrinin və sahə rəhbərlərinin çıxışları ilə davam edib.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev cəmiyyətdə ağsaqqal sözünün kəsəri və dəyərindən, eləcə də Vətənə, dövlətə xidmət işində yaşlı nəslin rolu barədə danışıb.

Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbin direktor müavini, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ailələrinə göstərilən dövlət diqqəti və qayğısından bəhs edərək, gənc nəslin tərbiyəsindəki mühüm məqamları vurğulayıb.

Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Heydər Əliyev irsinin müasir Azərbaycanın inkişaf strategiyasındakı təməl rolu və bu irsin geniş təbliği, ideoloji məsələlər barədə məruzə edib.

Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramiz oğlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının və onun rifahının dayandığını qeyd edərək, əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində görülən işlərdən söz açıb.
Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva müasir Azərbaycanın parlaq gələcəyinin savadlı və intellektual gəncliyin yetişdirilməsindən keçdiyini bildirərək, təhsil sahəsindəki prioritetlərə toxunub.

“Dəfinə” Texniki-Riyaziyyat Təmayüllü Liseyinin direktor müavini, “Əməkdar müəllim” Əhməd Məmmədov xüsusi istedada malik şagirdlərin yetişdirilməsi və təhsil sistemində yüksək nəticələrin əldə olunması təcrübəsini bölüşüb.

Sərçuvar kənd Səfərəli Məmmədov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Vətən müharibəsi iştirakçısı (qazi) Rza Məmmədov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərdən və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasından danışıb.

Yekunda Müşavirəyə yekun vurularaq, çıxışlarda səslənən dəyərli fikirlərə və tədbirdə fəal iştiraka görə bütün iştirakçılara dərin minnətdarlıq bildirilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən aparatın inzibati binasında vətəndaş qəbulu keçirilib.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər torpaq məsələləri, su təminatı, işlə təmin olunma, məşğulluq, əmlak məsələləri və sosial müdafiə sahələrini əhatə edib.

Qarğılıq kəndindən torpaq məsələləri ilə bağlı;

Təklə kəndindən su təminatı və torpaq məsələləri ilə bağlı;

Ərkivan qəsəbəsindən şəxsi məsələ ilə bağlı;

Masallı şəhərindən məşğulluq məsələsi;

Öncəqala kəndindən əmlak məsələləri ilə bağlı;

Həsənli kəndindən sosial müdafiə ilə bağlı müraciət.

və digər məsələlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib.

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən məsələlərin bir qismi İcra başçısı tərəfindən yerindəcə həll olunub digərlərinin isə araşdırılması, qanunvericiliyin tələblərinə uyğun həlli və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Azərbaycan və Laos arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri
Prezident İlham Əliyevin 13 oktyabr 2026-cı il tarixində Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iqtisadi əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət yetirilməsi ilə yadda qaldı.
Dövlət başçısı iki ölkə arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini qeyd etməklə yanaşı, iqtisadi əlaqələrin də mövcud imkanlara uyğun genişləndirilməsinin vacibliyini vurğuladı. Prezidentin sözlərinə görə, hazırkı ticarət dövriyyəsi Azərbaycan və Laosun potensialını tam əks etdirmir. Bu səbəbdən iqtisadi sahədə yeni təşəbbüslərin həyata keçirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.Azərbaycanın xarici ölkələrdə investisiya fəaliyyətinin genişlənməsi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun artırılması istiqamətində təcrübəsi əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Laos tərəfindən konkret investisiya layihələrinin təqdim olunması Azərbaycan investorlarının həmin layihələrə marağının qiymətləndirilməsinə şərait yarada bilər.Bəyanatda energetika, mədən sənayesi, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələri də əməkdaşlığın perspektiv istiqamətləri kimi qeyd edilib. Eyni zamanda, Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun imkanları, Transxəzər nəqliyyat marşrutu ilə əlaqələrin genişləndirilməsi perspektivləri regional və beynəlxalq iqtisadi əlaqələr baxımından əhəmiyyətlidir.Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan–Laos Biznes Forumu sahibkarlar arasında əlaqələrin qurulmasına, qarşılıqlı məlumat mübadiləsinə və yeni layihələrin müzakirəsinə töhfə verə bilər.Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər iqtisadi əməkdaşlığın konkret layihələr, qarşılıqlı maraq və uzunmüddətli tərəfdaşlıq əsasında inkişaf etdirilməsinin əhəmiyyətini ortaya qoyur. Bu istiqamətdə atılacaq addımlar Azərbaycan və Laos arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə xidmət edə bilər.

Lətifə Həsənova, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Azərbaycan–Laos münasibətlərində təhsil və humanitar əməkdaşlığın rolu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında tarixi dostluq əlaqələrinin qorunması və yeni əməkdaşlıq istiqamətlərinin yaradılması baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Laos arasında münasibətlərin uzunmüddətli tarixə malik olduğunu vurğuladı. Bildirildi ki, diplomatik əlaqələr 30 ildən artıqdır davam edir və tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu münasibətlərin möhkəmlənməsində siyasi dialoqla yanaşı, xalqlar arasında əlaqələrin inkişafı da mühüm rol oynayır.Bəyanatın diqqətçəkən məqamlarından biri təhsil sahəsində əməkdaşlığın yenidən genişləndirilməsi təşəbbüsü oldu. Prezident İlham Əliyev sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını qeyd edərək, bu ənənənin bərpasını təklif etdi. Təqaüd mexanizminin yaradılması ilə bağlı irəli sürülən təşəbbüs gələcəkdə Laos gənclərinin Azərbaycanda təhsil almasına əlavə imkanlar yarada bilər.
Bununla yanaşı, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında təmasların artırılması və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi də perspektiv istiqamətlər kimi diqqətə çatdırıldı. Bu cür əlaqələr ölkələrin mədəniyyətinin, tarixi irsinin və milli ənənələrinin daha yaxından tanıdılmasına xidmət edir.Laos Prezidenti Thonqlun Sisulitin çıxışında da iki xalq arasında dostluq münasibətlərinin tarixi köklərinə toxunuldu. O, Azərbaycanın keçmişə nisbətən inkişafını və xalqın qonaqpərvərlik ənənələrini xüsusi qeyd etdi.
Beləliklə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Laos münasibətlərinin inkişafında təhsil və humanitar əməkdaşlığın mühüm yer tutduğunu göstərir. Gənclər arasında əlaqələrin genişləndirilməsi, təhsil imkanlarının artırılması və mədəni mübadilənin təşviqi iki xalq arasında dostluq münasibətlərinin gələcək nəsillərə ötürülməsinə töhfə verə bilər.

Kəmalə Əliyeva, Masallı şəhər sakini

Masallıda rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
14 oktyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Musaküçə kəndində ümumi uzunluğu 630 metr olan kənddaxili yola asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub.

Xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilən yol təmiri işlərini yüksək qiymətləndirən rayon rəhbəri bu təşəbbüsə görə dəstək göstərənlərə minnətdarlığını bildirib.
Araz Əhmədov qeyd edib ki, Masallıda xeyriyyəçilik ənənələri daim yaşadılır və bu cür təşəbbüslər kəndlərin infrastrukturunun yaxşılaşdırılmasına, sakinlərin rahatlığının təmin olunmasına mühüm töhfə verir. O, xeyriyyəçilərin doğma rayonun inkişafına göstərdikləri dəstəyin təqdirəlayiq nümunə olduğunu vurğulayıb.

Musaküçə kəndində yolun asfaltlanması sakinlərin gediş-gəlişinin rahatlaşdırılmasına xidmət etməklə yanaşı, ərazinin abadlaşdırılması baxımından da əhəmiyyət daşıyır.

Masallıda İcra Hakimiyyətinin başçısı səyyar görüş-qəbul keçirdi
14 oktyabr 2026-cı il rayonun Həsənli kənd inzibati ərazisinin Məmmədxanlı kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

Səyyar görüş zamanı rayon rəhbəri ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə məlumat vermiş və əlavə olaraq bildirmişdir ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov bildirmişdir ki, ərazidə keçirilmiş əvvəlki qəbul zamanı 3 vətəndaş tərəfindən 3 məsələ qaldırılmış, 2 məsələ müsbət həll edilmiş və 1 məsələ ilə bağlı işlər davam etdirilir.

Qəbulda sakinlər tərəfindən əsasən əhalini narahat edən sosial və şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər edilmiş, məsul əməkdaşlar tərəfindən rayon rəhbərinin tapşırığı əsasında müraciətlər qeydə alınmış və müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Rayon rəhbəri çıxışında bildirib ki, yaşayış məntəqələrinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. O, sakinləri fəallığa çağıraraq, hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətləri daxilində həll ediləcəyini vurğulayıb.

Səyyar görüş şəhər sakinləri tərəfindən razılıqla qarşılanıb və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı Prezident İlham Əliyev çıxışı: Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik.

Ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq.

Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək.
Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək. Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.

“ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Həmçinin məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər.

Hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.

Digər məsələ sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.

Abbas Abbaszadə, Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri

Azərbaycan–Kamboca münasibətlərinin gələcək perspektivləri
2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Kamboca arasında mövcud olan dostluq münasibətlərinin və siyasi əlaqələrin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdiyini qeyd edərək, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.

Bəyanatda ticarət, investisiya, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu məqsədlə hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasının və qarşılıqlı əlaqələrin praktiki nəticələrlə möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Kambocanın Baş naziri Hun Manet isə Azərbaycana göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələr arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. O, ticarət, təhsil və digər sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanların mövcudluğunu vurğulayıb.

Səfər çərçivəsində imzalanmış üç sənəd Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı üçün mühüm zəmin yaradır.

Masallı RMX
Əməyin Mühafizəsi bölmə müdiri
Ağarəhimov Sahib

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ikitərəfli münasibətlər uğurla davam edir
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə ehtiram, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsasında inkişaf edir. İki ölkə arasında diplomatik əlaqələrin mövcudluğu siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması üçün əlverişli zəmin yaradır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı tərəfdaşlığın qurulması, qarşılıqlı maraqların uzlaşdırılması və birgə təşəbbüslərin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında münasibətlərin davamlı inkişafı xüsusi diqqətə layiqdir.

Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla əlaqələrin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıqların qurulması mühüm istiqamətlərdən birini təşkil edir. Kamboca Krallığı ilə münasibətlərin inkişafı da bu yanaşma çərçivəsində iki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir. Mövcud imkanlardan səmərəli istifadə edilməsi qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə, xalqlar arasında qarşılıqlı tanışlığın artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verə bilər.

Bununla yanaşı, Azərbaycan Respublikası və Kamboca Krallığı arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasların genişləndirilməsi, qlobal və regional məsələlər üzrə fikir mübadiləsinin aparılması da qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynaya bilər. Beynəlxalq hüquqa hörmət, dövlətlər arasında bərabərhüquqlu əməkdaşlıq və sülhün qorunması kimi prinsiplər müasir dövrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əsas amillər sırasındadır. Gələcəkdə qarşılıqlı səfərlərin, rəsmi görüşlərin və birgə təşəbbüslərin artırılması hər iki ölkənin potensialından daha geniş istifadə olunmasına şərait yarada bilər.

Beləliklə, Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi siyasi dialoqun inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Qarşılıqlı maraqlara əsaslanan təşəbbüslərin dəstəklənməsi və mövcud əməkdaşlıq imkanlarının reallaşdırılması iki ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf etməsinə xidmət edə bilər.

Eldar Kazımov,

YAP Masallı Rayon Təşkilatının əməkdaşı